Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Oğuz və Qəbələdə meşə zolağında güclü yanğın: helikopterlər havaya qalxdı

Oğuz və Qəbələdə meşə zolağında güclü yanğın: helikopterlər havaya qalxdı

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə avqustun 28-də Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verdiyi barədə məlumat daxil olub.

Musavat.com FHN-nin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.

Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb.

Yanğın saat 20:53-də söndürülüb.

Qalan ərazilərdə söndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın