Ana səhifə / Araşdırma / Oğurluq edən sabiq polis əməkdaşı 8 il iş aldı

Oğurluq edən sabiq polis əməkdaşı 8 il iş aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən sabiq polis əməkdaşı, Ceyranbatan sakini, 1976-cı il təvəllüdlü Süleyman Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə sabiq polis əməkdaşı 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, mağaza və apteklərdən oğurluqda şübhəli bilinən sabiq polis əməkdaşı Abdullayev Süleyman Məhərrəm oğlunu Sumqayıt polisi yaxalayıb. İlkin dindirmə zamanı o, cinayət əməlini etiraf edib.
S.Abdullayevin sözlərinə görə, o, Sumqayıtda iki market və aptekdən ümumilikdə 980 manat oğurlayıb. Oğurladığı pulları isə kef məclislərinə və narkotik vasitə almaq üçün sərf edib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın