Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Oğul atasını ölümcül döydü – Şəmkirdə şok

Oğul atasını ölümcül döydü – Şəmkirdə şok

Şəmkir rayonunun Tatar kəndində döyülmə faktı qeydə alınıb.

“ Azinforum.az ” Region TV-yə istinadən xəbər verir ki, kənd sakini 79 yaşlı Oruc Mustafayev oğlu Sakit Mustafayev tərəfindən döyülüb. Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm bölməsindən verilən məlumata görə, hadisəyə atanın ağır dərəcəli sərxoş olması və ailə üzvləri ilə münaqişə etməsi səbəb olub. Uzun sürən mübahisədən sonra əsəblərinə hakim ola bilməyən oğul ataya əl qaldırıb.

Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın