Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Oğlum qışqırdı ki, evdən tüstü çıxır” – 7 ailənin yaşadığı bina yandı – VİDEO

“Oğlum qışqırdı ki, evdən tüstü çıxır” – 7 ailənin yaşadığı bina yandı – VİDEO

Kürdəmirdə 7 ailənin məskunlaşdığı binada yanğın olub.
ARB TV xəbər verir ki, hadisə, rayonun Qarabucaq kəndində qeydə alınıb.
Ümumi sahəsi 600 kvadratmetr olan iki mərtəbəli binada 3 ailənin yaşadığı mənzil alışıb. 210 kvadratmetrlik sahə içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Binanın qalan hissəsi alovdan mühafizə edilib. İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Əsmayə Abbasova- zərərçəkən: “Bir qəfildən ev alışdı da, uşaqlar da yuxudan durdular. Elə yemək-içmək verirdik, bir də gördük ki, o birisi oğlum yuxarıda olur. Gəldi ki, ana evdən tüstü çıxır. Elə qışqırdıq qonum-qonşular gəldi. Tüstüdən içəri girmək mümkün olmadı. Ev-eşik alışdı, yandı da. Elektrikdən oldu, nədən oldu, heç nədən oldu. Evdə heç nə yanmır. Budur gözünüzün qabağında heç nə çıxarda bilmədik. Tüstüdən, alovdan içəri girmək olmadı, heç nə çıxarda bilmədik”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın