Bazar , Oktyabr 25 2020
Ana səhifə / Araşdırma / Oğlanlara qız oyuncağını qadağan etmək…- Həkim rəyi

Oğlanlara qız oyuncağını qadağan etmək…- Həkim rəyi

Uşaqlara oyuncaq seçərkən nələrə diqqət etməliyik?

Oyuncaqlarla oynamaq uşaqların sevimli məşğuliyyətidir. Hətta onlar seçdikləri və oynadıqları oyuncaqlarla valideynlərinə mesaj verirlər. Oyuncaq onlar üçün həm öyrədici, həm də əyləndirici olmalıdır. Öyrədici oyuncaqlar uşaqlara özlərini və ətrafını tanıtmağa, eləcə də əylənməyə kömək edir. Bu oyuncaqların uşağın yaşı və bacarığına uyğun seçilməsi, onun inkişafına böyük təsir göstərir. 
Uşaqlara oyuncaq alarkən cinsi ayrı-seçkilik etməyin

Mütəxəssislər bildirir ki, uşaqlar üçün oyuncaqlar cinsi ayrı-seçkilik etmədən alınmalıdır. Xüsusilə, valideynlər oğlanlarının qız oyuncağı ilə oynamasından narahatdırlar. Lakin qızlar üçün bu narahatlıq keçərli deyil. Oğlanlara qız oyuncağı ilə oynaması qadağan olunması onlarda psixoloji olaraq problemlər yarada bilər.

Həm qızların, həm də oğlanların evlərində ev təsərrüfatlarının oyuncaqları olmalıdır, çünki uşaqlar həm valideyn, həm də kişilər və qadınlardır. Bir uşağın anasını təqlid etməyə çalışması, yemək bişirməyə çalışması normal haldır.

Bu oyuncaqlardan uzaq durun

Oyuncaq satan məkanların xüsusi sertifikatı olmalıdır. Valideynlər sertifikatsız mağazalardan oyuncaq almamalıdır. Ucuz oyuncaqlar əsasən Çindən gətirilir və keyfiyyətsiz olur. Uşaqlar lazerli oyuncaqlardan uzaq durmalıdır. Gözə tutulan lazer işığı görmə qabiliyyətini itirməyə səbəb olur.

Pediatr: “O oyuncaqlar allergiya kimi xəstəlikləri artırır”

Pediatr Günay Rəsulova musavat.com-a açıqlamasında bildirib ki, oyuncaq alarkən əsasən yaşa fikir vermək lazımdır: “Hər uşağın öz yaşına uyğun oyuncaqları olur. Öyrədici, rəngarəng oyuncaqlar uşaqlar üçün daha maraqlı və faydalıdır. Keyfiyyətə mütləq diqqət edilməlidir. Xırda hissəciklərə bölünən, onların uda biləcəyi top şəkilli oyuncaqlardan uşaqları uzaq tutmaq lazımdır. Uşaqlara batareya ilə işləyən, səs çıxardan, tüklü oyuncaqlar almaq olmaz. Tüklü oyuncaqlar üzərində toz saxlayır və allergiya kimi xəstəlikləri artırır. Uşağa birdən-birə çox oyuncaq almaq olmaz. Çünki psixologiyası pozulur. Daha çoxunu istəyə bilər”.

 

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …