Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Araşdırma / Ögey ana işgəncəsinə məruz qalan uşaqların anası danışdı – TƏFƏRRÜAT

Ögey ana işgəncəsinə məruz qalan uşaqların anası danışdı – TƏFƏRRÜAT

“Maddi imkanı yaxşı olduğu üçün uşaqları atalarına əmanət etmişdim. İşgəncəyə məruz qalacaqlarını bilsəydim, heç vaxt uşaqları verməzdim,videonu izləyərkən özümdən getdim”.
Cebhe.info xəbər verir ki, Türkiyənin Qayseri şəhərində ögey analarının ağılasığmaz işgəncələrinə məruz qalan 4 yaşındakı İ.A və 7 yaşındakı I.A –nın dogma anası belə deyib.

Uşaqların hekayəsi bütün Turkiyəni ayağa qaldırdı

Hər kəsi eyni sual maraqlandırırdı: “Uşaqlar bu işgəncələrə məruz qalarkən doğma ata və ana harada idi?” Atalarının açıqlamalarından sonra 26 yaşlı ana A.Ö. jurnalistlərin suallarını cavablandırıb. “Həyat yoldaşımla fikir ayrılığı və anlaşmazlıq üzündən ayrılmışıq. Evli olduğumuz müddət ərzində yoldaşımdan mənə və uşaqlara qarşı heç bir şiddət görməmişəm. Uşaqların himayəsi məsələsi ilə bağlı olaraq ilk məhkəmədə boşana bilmədik. Yoldaşım uşaqların onda qalması üçün çox təkid etdi və onları hər ay görə biləcəyimi dedi. Qohumları,valideynləri işə qarışdı və özü də uşaqların onda qalması üçün yalvardı.Bu səbəbdən uşaqların onda qalmasını qəbul etdim.Yoxsa hakim uşaqları mənə verəcəkdi.”

Ana övladlarının işgəncə videosunu internetdə görüb

Bir müddət əvvəl ikinci dəfə ailə qurduğunu və ikinci evliliyindən 2 yaşında bir oğlu olduğunu deyən A.Ö əvvəlki həyat yoldaşından olan uşaqların işgəncə videosunu internetdə gördüyünü deyib: “Videonu izləyərkən şok keçirib özümdən getdim.Uşaqları sadəcə yoldaşım imkanlı olduğu üçün ona vermişdim. Həyat yoldaşım yenidən evlənəcəyini deyəndə “Uşaqları mənə ver,ögey ana baxmasın” deyə təkid etdim. O isə “Evlənəcəyim qadın namaz qılan qadındır, Allah qorxusu var, uşaqlarımıza heç bir zərəri toxunmaz” demişdi. Bir gün uşaqların əllərindəki göyərmələrdən evdə problemlər olduğunu hiss etmişdim, amma ataları “yaralara ögey anaları səbəb olubsa, bunun əvəzin çıxaram” demişdi.Ancaq vəziyyətin bu qədər dəhşətli olduğunu heç kim mənə deməmişdi.Belə uşaq böyütmək olar? Ən pis halda sillə vura bilərdi. Məni baş verənlərdən uzaq tuturdular,uşaqlar gələndə soruşurdum “Ana,biz ağlayırıq hec olmasa, sən ağlama” deyirdilər.Qucaqlaşıb ağlayırdıq.”

“Ananız soruşsa, heç nə deməyin!”

A.Ö. son görüşdükləri gün oğlunun “Nə olar məni ora göndərmə” deyə ağladığını, qızının isə olanları izah etmək istədiyini, amma qorxduğunu ifadə edərək belə davam edib: “Qızım “Deyəcəklərim var, amma atama demə, nə olar. Atam “Ananız soruşsa, heç nə söyləməyin” deyə bizi tənbehlədi. Sən şikayətçi olsan bizi ayıracaq, qardaşımla məni ayırma” dedi. İndi mənə “laqeyd ana” deyirlər. Olanlardan heç xəbərim yox idi”. Ögey anadan şikayətçi olacağını və onunla üzləşmək istədiyini ifadə edən A. Ö, sözlərini belə davam etdirdi: “Bu vəhşilik həbslə bağlanacaq iş deyil! Bunlar yalnız kameradan görünənlərdir. Qızım mənə “Bizi soyuq suyla yuyurdu” dedi. Bundan sonra uşaqlarımın arxasında dayanacağam”.

“Səhv bizdədir,onları çox erkən evləndirdik”

A.Ö-nün anası və uşaqların nənəsi H.A qızlarını 17-18 yaşlarında evləndirdiklərini ifadə edərək, bunları söyləyib: “Qəbahət bir az da bizdədir. Erkən evləndirdiyimiz üçün peşmanam.Qızım A.Ö 2 ay psixoloji yardım aldı. Biləklərini kəsmişdi. Laqeyd ana yoxdur, çarəsiz ana var”.

“Ataları ilə birgə yaşayırlar”

Kayseri valisi Orxan Düzgün uşaqlara işgəncə edən Songül A-nın “Cinsi istismar və işgəncə” suçundan 46 il 9 ay həbs cəzası aldığını və uşaqlara 2 aylıq psixoloji və tibbi dəstək verildiyini, bu müalicələrdən sonra sağlıqlarına qovuşduqlaını və hazırda ataları ilə birgə yaşadıqlarını vurğulayıb.
Ailənin müraciəti ilə İkinci Cəza Məhkəməsi uşaqların işgəncə videoları olan görüntülərə media qadağası qoyub.

Həmçinin oxuyun

“NAXÇIVAN DƏHLİZİ”nə HANSI TƏHLÜKƏLƏR VAR? –TƏHLİL

Professor Kürşad Zorlu “Habertürk”, Türkiyə, 21 noyabr 2020-ci il Qarabağla bağlı əldə edilən anlaşmanın mətni …

Bir cavab yazın