Ana səhifə / Araşdırma / Odessada güllələnən azərbaycanlı tələbələrin biri öldü

Odessada güllələnən azərbaycanlı tələbələrin biri öldü

Mayın 1-də Odessa şəhərinin Lvov küçəsindəki yataqxananın yaxınlığında güllələnən azərbaycanlı tələbələrin biri xəstəxanada vəfat edib.Bu barədə Ukrayna DİN-in Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat katibi Alla Marçenko məlumat yayıb.Onun sözlərinə görə, gənc azərbaycanlı mayın 6-na keçən gecə keçinib.

Azərbaycanlı tələbələrə atəş açmış III kurs tələbəsi, Bolqarıstan vətəndaşı isə hazırda təcridxanadadır.

Qeyd edək ki, sərxoş tələbələr mayın 1-də Lvov küçəsində dava-dalaş salıblar. Davada iştirak edən bolqar tələbə Azərbaycan vətəndaşı olan tələbələrə bir neçə dəfə atəş açıb. Nəticədə üç azərbaycanlı tələbə yaralanıb. /Azadlıq.info/

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın