Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Oazis” də dava: Polisləri döydülər

“Oazis” də dava: Polisləri döydülər

Əlimizdə olan kamera qeydləri polisə təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Bu sözləri Axar.az-a “Oazis” restoranının administratoru restoranda polis əməkdaşlarının döyülməsi ilə bağlı məlumat verərkən deyib.

 

Restoran işçisinin sözlərinə görə, hadisə martın 5-də gecə saatlarında baş verib. Sərxoş müştərilər polis əməkdaşlarına hücum edərək onların poqonlarını qoparıb.

 

Xatırladaq ki, Bakının Binəqədi rayonunda, Ş.Məmmədov küçəsində yerləşən “Oazis” restoranında dava düşüb. Binəqədi Rayon Polis İdarəsindən sputnik.az-a bildiriblər ki, restoranın iki müştərisi – 1986-cı il təvəllüdlü Ağdam rayon sakini və əvəllər məhkum olmuş Mehdiyev Elçin Vahid oğlu və 1986-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Elçin Əli oğlu dava salıblar.
Yerli polis əməkdaşları – 1994-cü il təvəllüdlü Əliş Məmmədzadə, 1989-cu il təvəllüdlü Orxan Sultanov və 1988-ci il təvəllüdlü Elşən Xuduşov asayişi pozanları sakitləşdirməyə çalışıblar. Amma xuliqanlar Sultanovu və Məmmədzadəni yumruqlamağa başlayıblar. Göstərilən müqavimətə baxmayaraq, cinayətkarlar saxlanılıb və adıçəkilən rayonun 5-ci polis bölməsinə gətiriliblər. Ancaq saxlanılan şəxslər orda da sakit dayanmayıblar.

Bölmənin qarşısında onlar “Fiat Doblo” markalı polis avtomobilinin yan şüşələrini sındırıblar. Dava salanların üçüncüsü – 1987-ci il təvəllüdlü Bakı sakini Məmmədov Nicat Nazim oğlu özü polis bölməsinə gələrək serjant Cahid Mahmudovu döyüb. Nəticədə polis hər üç davakarı barmaqlıq arxasına salıb.

Axtarış zamanı saxlanılan şəxslərin üstündən narkotik maddə tapılıb. Belə ki, Mehdiyevin üzərində 5,75 qram, Elçin Məmmədovun üzərində 5,37 qram marixuana, Nicat Məmmədovun üstündə isə 0,231 qram heroin aşkar edilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın