Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Araşdırma / “O səs yazısı araşdırılacaq” – Təhsil Nazirliyi

“O səs yazısı araşdırılacaq” – Təhsil Nazirliyi

162 nömrəli tam orta məktəbinin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəbin 3-cü mərtəbəsindən atması ilə bağlı hazırda istintaq tədbirləri aparılır. 
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. O, deyib ki, istintaqın gedişində bütün təfərrüatlar araşıdırılacaq və məsələyə hüquqi qiymət veriləcək.
Məktəbin direktorunun mətbuatda yayılan səs yazısına gəlincə, nazirlik rəsmisi faktın araşdırılacağını vurğulayıb.
“Məktəbin direktoru Sevinc Abbasovanın iddia edildiyi səs yazısı da araşdırılacaq. Xahiş edirik ki, istintaq prosesinin nəticələrini gözləyək”. 
Qeyd edək ki, aprelin 4-də 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva məktəbin 3-cü mərtəbəsindən yerə yıxılıb. O, aprelin 6-da müalicə aldığı 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib. Məktəbli qızın intihar məqsədilə özünü binadan atdığı bildirilir. Faktla bağlı cinayət işi açılıb. 
Azvision.az

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …