Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Nurgün Group” şirkətinə məxsus zavodda pulla dolu seyf yarıldı

“Nurgün Group” şirkətinə məxsus zavodda pulla dolu seyf yarıldı

Dekabrın 30-dan 31-ə keçən gecə “Nurgün Group” şirkətinin Salyan şəhərində yerləşən və süd məhsullarının emalı ilə məşğul olan «San-Süd» zavodunda oğurluq hadisəsi baş verib.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, naməlum şəxs və ya şəxslər zavodun hasarından aşaraq inzibati idarə binasındakı seyfi kəsici qurğu ilə açaraq içərisindəki 6700 manat pulu oğurlayıblar.

Zavodun ərazisində müşahidə kameraları quraşdırıldığı üçün oğurluğun üstünün qısa müddətdə açılacağı gözlənilir.

Fakla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın