Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Novxanıda öldürülən tələbə ilə bağlı YENİ XƏBƏR

Novxanıda öldürülən tələbə ilə bağlı YENİ XƏBƏR

Oktyabrın 12-də Novxanıda bağ evində əlləri və ayaqları bağlı şəkildə meyiti tapılan İran İslam Respublikasının vətəndaşı, Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi Möhtati Saman Nemət oğlu dəfn edilib.

Lent.az xəbər verir ki, qətlə yetirilmiş 23 yaşlı tələbə atasının istəyi ilə Novxanı məzarlığında, anasının yanında torpağa tapşırılıb.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. S.Möhtatinin cəsədindən ekspertiza üçün vacib olan nümunələr götürülüb və çoxsaylı ekspertizalar təyin edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, S.Möhtatinin əlləri və ayaqları bağlı şəkildə meyitinin tapıldığı ev onun atasına məxsusdur. Onun meyitini də həmin gün axşam evə gələn atası aşkarlayıb və dərhal polisə xəbər verib. İlkin müayinə zamanı onun bədənində hər hansı xəsarət aşkarlanmayıb. Belə ki, S.Möhtatinin bədənində hər hansı alətlə vurulma, boğulma və ya döyülməyə xas əlamət tapılmadığından ölüm səbəbini dəqiqləşdirmək də mümkün olmayıb.

Qeyd edək ki, S.Möhtati Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin qabaqcıl tələbələrindən olub. Onun atası İran vətəndaşı olsa da, Saman Bakıda dünyaya gəlib və burada böyüyüb. Qətlə yetirilmiş iranlı tələbənin fotosunu təqdim edirik.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …