Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Araşdırma / Novruz bayramını kim, harda, necə qeyd edəcək? – Deputatlar, İcra başçıları, xalq artistlərindən açıqlamalar

Novruz bayramını kim, harda, necə qeyd edəcək? – Deputatlar, İcra başçıları, xalq artistlərindən açıqlamalar

Bu gün ölkəmizdə ilaxır çərşənbə qeyd edilir. Dəyərlərimizə uyğun olaraq yaxınlar, qohumlar ziyarət edilir, evlərdə səməni becərilir, halvalar bişirilir, şəkərburalar, paxlavalar hazırlanır. Novruz bayramını bir çox insanlar ölkədə keçirsə də, bəziləri xaricdə qeyd etməyi düşünür.

Bu münasibətlə bizimyol.info bir çox tanınmış şəxslərdən açıqlamalar alıb. Onlarla bayramı necə, harda qeyd edəcəyi ilə bağlı danışıb. Deputatlar, icra başçıları, keçmiş nazirlər və incəsənət xadimləri ilə edilən söhbətdə bayramla bağlı maraqlı fikirlər bölüşülüb.

Milli Məclisin deputatı Cavid Osmanov: “Mən hamını bayram münasibətiylə təbrik edirəm. Bir azdan seçildiyim Ağdaş rayonuna gedəcəm. Bayramı da orda, seçicilərimlə birgə, ailəmlə birgə qeyd edəcəm. Xaricə getməycəm, buna ehtiyac da duymuram.”

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Novruz Bayramını xaricdə qeyd edəcək. “Mən hazırda ölkədə deyiləm., bayramdan sonra qayıdacam.”

Azərbaycanın insan hüquqları üzrə müvəkkili, ombudsman Elmira Süleymanova da Novruz bayramını xaricdə qeyd edəcək. O bir qədər əvvəl saytımıza özəl açıqlamasında məzuniyyətdə çıxdığını, xaricdə olacağını bildirmişdi. “Hazirda xaricdə məzuniyyətdəyəm. Səhhətim də yaxşıdır. Mənə görə heç kim narahat olmasın.”
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov da bayramı ölkədə yaxınları, qohumları ilə qeyd edəcək. “Mən həmişə Novruz bayramında ölkədə olmağı xoşlayıram. Bayramı da ailəmlə, yaxınlarımla birlikdə keçirəcəm. Novruz milli bayramdı, onu xaricdə keçirməyin nə əhəmiyyəti var. Ona görə də burda olmaq, seçicilərlə görüşmək lazımdır. Novruza çox gözəl hazırlıqlar görülüb.”

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də Novruz bayramını ölkədə qeyd edəcək. “Elə imkanım yoxdur ki, bayramı gedib xaricdə qeyd edəm. Ölkədə olacam, ailəmlə yaxınlarımla birgə olacam. Özəlliklə gedəcəyim yer yoxdur. Hamı istirahətə Qubaya gəlir, mən də burda olacam. Novruz bayramı günü rayon tədbirində ola bilməyəcəm.”

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar da Novruz bayramını Bakıda keçirəcək. “Nəyinki xaricə, heç rayona da getməyəcəm. Bakıda qeyd edəcəm Novruz bayramını. Paxlavamı da yeyəcəm, yumurtada da döyüşdürəcəm.”

Anar Rzayev

Xalq artisti Mələxxanım Əyyubova isə Novruz bayramını ailəsindən uzaq, amma onun üçün sevindirici bir yerdə, Cocuq Mərcanlıda keçirəcək. “Mən bayramda Cocuq mərcanlıda olacam, bu mənim üçün fəxrdir. Orda tonqal başında olacağıq. Düdür, ailəmdən uzaq olacam, ancaq onlar neçə illərdir buna öyrəşiblər. Biz xalqınıq, ona görə də bayramlarda xalqla bir yerdə olmalıyıq. Xaricə gedə bilməyəcəm. Çünki, burda gözəl muğam müsabiqəsi də var, orda juri olduğum üçün bayramda da müsabiqədə iştirak edəcəm. İnşallah növbəti bayramlarda tonqalımızı Şuşada yandıraq. Bu hər birimizin ən böyük arzusudur.”

Xalq artisti Arif Babayev də Novruz bayramını ölkədə qeyd edəcək.

“Mən hər il Novruz bayramını ölkəmizdə qeyd edirəm. Azərbaycanımız, Bakımız çox gözəldir, harasa getməyə ehtiyac yoxdur. Ola bilər rayonlara, yaxınların, qohumların yanına gedim. Ağdama gedə bilərəm. Bununla belə ölkədə olacam. Hamının bayramını təbrik edirəm. Gün o gün olsun ki, Novruz bayramını Qarabağda qeyd edək.”

Əli CAHANGİROĞLU
Bizimyol.info

Həmçinin oxuyun

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu …