Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Niyə tanımadığın adamı tut yeməyə çağırırsan”- tut üstündə qohumlar arasında qan tökdüldü

“Niyə tanımadığın adamı tut yeməyə çağırırsan”- tut üstündə qohumlar arasında qan tökdüldü

Tut yemək üstündə bibisinin oğlunu bıçaqlayan şəxs məhkəmədə şərti cəza alıb. Prokuror məhkəmənin qərarından narazı qalaraq apellyasiya protesti verib.

Musavat.com xəbər verir ki, 1991-ci il təvəllüdlü Kamil Eybatov bibisi oğlu Malik Cabbarovu bıçaqlamaqda təqsirli bilinərək Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə mühakimə olunub.

Qohumlar arasındakı qanlı dava 2016-cı ilin iyul ayında baş verib. Kamil Eybatov Sumqayıtda dayısıgilin fərdi yaşayış evlərinin qarşısına gələrkən bibisi oğlu Malik Cabbarovun məhəllədəki tut ağacından tut yediyini görüb.

M.Cabbarov bir qədər də tut yığıb özü ilə aparmaq üçün yoldan keçən tanımadığı bir şəxsi ona kömək etmək üçün çağırıb. Kamil ona yaxınlaşaraq ünvanına nalayiq ifadə işlətməklə “sən niyə tanımadığın şəxsi tut yeməyə çağırırsan” deyib. Bu zaman aralarında mübahisə yaranıb və bir-birlərini təhqir edərək əlbəyaxa olublar. Səsə qonşular gələrək onları ayırıb.

Qonşular Kamili dayısıgilin həyətinə salaraq qapını bağlayıblar. Ancaq Malik Cabbarov həyətə girərək Kamilə qeyri-etik formada onu niyə vurmasının səbəbini soruşub və yumruqla onu vurub.

Bu zaman Kamil masanın üstündən götürdüyü bıçaqla M.Cabbarovun qarın nahiyəsindən bir zərbə vurub. M.Cabbarov əynində olan köynəyi çıxardıb yarasının üstünə tutaraq küçəyə qaçıb və taksiyə minərək xəstəxanaya gedib.

Subay, əvəllər məhkum olunmamış Kamil Eybatov barəsində məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza 1 il sınaq müddəti ilə şərti hesab edilib və K.Eybatov məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə kollegiyası Kamil Eybatovun ilk dəfə məhkum olunmasını, əməlindən peşman olmasını, ağır ailə şəraitində yaşamasını, ailəsində yeganə qazanc əldə edən şəxs olmasını, cinayəti zərərcəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərcəkmiş qohumu ilə barışaraq ona maddi və mənəvi yardım etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb.

Dövlət ittihamçısı Zəfər Ramazanov bu qərardan narazı alaraq apellyasiya protesti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baxılıb.

Prokuror Kamil Eybatov barəsində hökmün dəyişdirilərək şərti cəzanın hökmdən xaric edilməsini məhkəmədən xahiş edib.

Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırıb ki, məhkəmə kollegiyası tərəfindən Kamil Eybatova şərti cəza verilərkən onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, şəxsiyyəti düzgün nəzərə alınmayıb və törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan cəza verilib.

Prokruorun fikirincə, məhkəmə ədalətsiz və yüngül cəza təyin edib. Məhkəmədə çıxış edən prokuror deyib: “Kamil Eybatovun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması anlaşılmazdır. Bu hal cəzanı yüngülləşdirici hal kimi deyil, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin zərərcəkmiş şəxslə qohumluq münasibətlərində olması və bu əməli törətməsi Kamil Eybatovu qohum kimi mənfi xarakterizə edir. Bu onun cinayəti törətməsinə bəraət qazandırmır. Gənc və subay olmasının yüngülləşdirici hal kimi nəzərə alınması Cinayət Məcəlləsinin 6-cı maddəsi ilə müəyyən edilmiş, qanun qarşısında bərabərlik prinsipinə ziddir.

Kamil Eybatovun ağır ailə şəraitində yaşaması və ailəsində yeganə qazanc əldə edən şəxs olması kimi halları təsdiq edən sübutlar cinayət işinin materiallarında yoxdur. Həmçinin Kamil Eybətovun zərərcəkmiş şəxsə maddi və mənəvi yardım etməsi cəzanı yüngulləşdirən hal kimi qiymətləndirilib. Bu da heç bir sübutla öz təsdiqini tapmır. Həm də Kamil Eybətov ağır ailə şəraitində yaşadığı halda bu yardımı necə etməsi sual doğurur.

Məhkəmə kollegiyası qəbul etdiyi hökmdə daha böyük yanlışlığa yol verib və Kamil Eybətovun cinayəti zərərcəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətdiyini qeyd edib. Amma cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, zərərçəkmiş şəxsin hər hansı bir qanunsuz hərəkəti olmayıb”.

Dövlət itihamçısı hökmün dəyişdirilməsini və şərti cəzanın ləğv edilməsini məhkəmədən xahiş edib.

Kamil Eybətovun vəkili müdafiə çıxışında apellyasiya protestinin təmin edilməməsini məhkəmədən xahiş edib.

Apellyasiya məhkəməsi tərəfləri dinlədikdən sonra qərarı elan edib. Qərara əsasən hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları ilə uzlaşmır.

Məhkəmə kollegiyası qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Kamil Eybatov barəsində çıxardığı qərar dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməlidir.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın