Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Araşdırma / Nikita Xruşovun nəvəsi Moskvada faciəvi şəkildə öldü

Nikita Xruşovun nəvəsi Moskvada faciəvi şəkildə öldü

SSRİ-nin rəhbərlərindən biri olmuş Nikita Xruşovun nəvəsi, 1940-cı il təvəllüdlü Yuliya Xruşova Moskvada faciəvi şəkildə ölüb.

APA-nın verdiyi xəbərə görə, 77 yaşlı qadın “Solneçnaya” stansiyasında “Vnukovo-Moskva” marşrutu üzrə hərəkət edən elektrik qatarının altına düşərək hadisə yerində keçinib.

İnsidentin təfərrüatları açıqlanmır.

Xruşova Yuliya Leonidovna 1940-cı ildə gələcəkdə SSRİ-nin Sov.İKP MK Baş katibi olacaq Nikita Serqeyeviç Xruşovun oğlu Leonid Xruşovun ailəsində dünyaya gəlib. Leonid Xruşov itkin düşdükdən sonra Nikita Xruşov nəvəsini övladlığa götürüb.

Həmçinin oxuyun

Azərbaycanda QİÇS problemi – əgər virusa yoluxmusunuzsa… – Fotolar

Əməkdaşımızın QİÇS-lə Mübarizə Mərkəzindən eksklüziv reportajı; SPİD xəstəsi öz yaxınları üçün təhlükədirmi, ən çox nələrə …

Bir cavab yazın