Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Neolit”də döyülən şəxsin qardaşı: “Həbs olunubsa…”

“Neolit”də döyülən şəxsin qardaşı: “Həbs olunubsa…”

“İzzət Bağırovun mühafizəçisi həbs olunubsa, demək, belə lazım bilinib. Bizlik bir şey yoxdur”.

Bu sözləri Lent.az-a açıqlamasında müğənni İzzət Bağırovun işçilərinin döydüyü Novruz Aslanovun qardaşı bildirib. Aslanov bildirib ki, onlar İ.Bağırovdan şikayətçi deyillər: “Biz razılığa gəldik. Lazım olan nə var idisə, hamısı mətbuatda yazıldı. Yəni İzzət Bağırovdan şikayətçi deyilik. Mühafizəçisi Elçin Cabbarlının həbs olunması isə bizlik deyil. Yəni biz şikayət etməmişik. Belə lazım biliblərsə, belə də olub”.

Qeyd edək ki, hadisə avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən “Neolit” şadlıq evində olub. Belə ki, Novruz Aslanovun yaxın qohumlarının ali məktəbə daxil olması münasibəti ilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. İ.Bağırov isə “Tərbiyəsizlik niyə edirsiniz? Sənətkarı çəkmirsiniz” deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Dava da bunun üstündə olub. Nəticədə İzzət Bağırovun Elçin adlı prodüseri məclis iştirakçılarından olan Novruza “beşbarmaq”la zərbələr endirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın