Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Nemət Pənahlı Əli Kərimliyə görə saxlanıldı…

Nemət Pənahlı Əli Kərimliyə görə saxlanıldı…

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və bacısı oğlu Allahverdiyev Əbülfəz bu gün günorta saatlarında saxlanılıblar. Buna səbəb Pənahlı ilə eyni binada yaşayan AXCP sədri Əli Kərimli ilə bağlı keçirilən növbəti aksiya olub.

Bu barədə müsavat.com-a Nemət Pənahlının bacısı oğlu Qoşqar Bəylərov məlumat verib. O, dayısının saxlanılması ilə bağlı bunları deyib: “Hər gün Əli Kərimli ilə bağlı binanın önündə bir qrup insan aksiya keçirir. Dayım onlara etiraz edib və deyib ki, hər gün burada nə üçün qışqırırsız, gedin Əli Kərimlinin partiyasının önündə qışqırın, evimdə xəstə var, onu narahat edirsiniz. Bu zaman iki mülkü geyimli şəxs dayımı zorla polis bölməsinə aparıb. Hazırda 21 saylı Nəsimi polis mölməsindədir”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın