Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Neftçalada qanlı olay – Dövlət qurumunda vətəndaş özünü bıçaqladı

Neftçalada qanlı olay – Dövlət qurumunda vətəndaş özünü bıçaqladı

Neftçala rayonunda vətəndaş ilə Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzinin rəhbəri arasında insident yaşanıb.

Avropa.info xəbər verir ki, Neftçala rayon sakini Abıyev Elçin Mirzəli oğlu rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Zaur Kərimovun otağında özünə bıçaqla xəsarət yetirib.

E. Abıyev daha əvvəl mərkəzin direktoru olan Z. Kərimovla yaxın münasibətləri; yəni el arasında desən gediş-gəlişi olduğunu bildirir. E. Abıyevin dediyinə görə bir dəfə xəstə olan bir nəfərə yardım edilməsi üçün o mərkəzin direktoruna müraciət edib. Z. Kərimov isə ona yardım edə bilməyəcəyini deyərək ona bir təklif edib.

“Dedi elə imkanım yoxdur. Amma gəl sənə şərait yaradım sən də dolan, mən də dolanım. Əgər sosial yardım düzəltdirmək istəyən olsa gəl mənə de düz-qoş edim. Mən buranın direktoruyam, mənim əlimdədir hər şey.”

E. Abıyevin dediklərinə görə o bu söhbətdən 5-10 gün sonra Z. Kərimovun yanına gələrək 4-5 nəfərin sosial yardım almaq istədiyini bildirib. Z. Kərimov isə öz növbəsində həmin şəxslərin sənədlərini və hərəsinə görə də 400 manat miqdarında pul gətirməsini istəyib.

“Z. Kərimov hər sənədə 400 manat gətirməyimi istədi və dedi ki, əgər pul olmasa 4 ayını götürəcəyik. Mən də həmin vətəndaşlara məsələni danışdım və onlar da razı oldular. Həmin şəxslər mərkəzə gələrək sənədləri təqdim etdilər. Qəbzlərini də alıb getdilər. Mən də pulların bir qismini otağında Z. Kərimova verdim. Bir qismini də Neftçalada bir yer demişdi aparıb ora təhvil verdim.”

Elçin Abıyev bu hadisənin üstündən 7-8 ay keçməsinə baxmayaraq müraciət edən şəxslərin sosial yardımla təmin olunmadıqlarını deyir. Onun sözlərinə görə sosial yardım almaq üçün müraciət edən həmin şəxslər artıq onun yaxasından yapışaraq öz pullarını istəyirlər.

“Mən dəfələrlə onun otağına getdim. O hər dəfəsində düzəldərəm deyib məni yola verirdi. Sonuncu dəfə 16 fevral 2016-cı ildə yoldaşımı da götürüb getdim Z. Kərimovun yanına. Yanımda həmin vətəndaşlardan ikisi də var idi. Mən ona dedim ki, ya bu adamların pulunu qaytar, ya da işlərini düzəlt. O da mənə cavabında “Get dərdini kimə deyirsən de. Məndə nə sənəd var, nə də ki, pul var” dedi. Mən də əsəbilərimə hakim ola bilmədim. Bıçaqla özümə xəsarət yetirdim.”

E. Abıyev faktla bağlı Neftçala RPİ-də cinayət işi açıldığını, əgər hər hansı bir nəticə əldə olunmasa aclıq aksiyasına başlayacağını bildirib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın