Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Araşdırma / Neftçalada bələdiyyə sədri ilə “kommunxoz” müdiri dalaşıb, polis müdaxilə edib

Neftçalada bələdiyyə sədri ilə “kommunxoz” müdiri dalaşıb, polis müdaxilə edib

Neftçalada bələdiyyə sədri ilə “kommunxoz” müdiri arasındakı davanı polis araşdırır.

Neftçala Bələdiyyəsinin sədri Aydın Aslanovla Neftçala şəhər Kommunal Təsərrüffat İdarəsinin rəisi Firudin Nağıyev arasındakı mübahisəyə polis qarışıb.

Virtualaz.org saytının xüsusi müxbirinin əldə etdiyi məlumata görə, bələdiyyə tərəfindən şəhərdəki inzibati binanın qarşısındakı küçəyə məhdudlaşdırıcı zəncir sədd çəkilibmiş ki, xidməti və digər avtomaşınlar binanın giriş qapısında aralıda dayanaraq piyadalara maneə yaratmasınlar. Bu isə Neftçala şəhəri üzrə icra nümayəndəsi Gülqədəm Mirzəzadənin xoşuna gəlmədiyindən Kommunal Təsərrüffat İdarəsinin rəisinə göstəriş verib ki, həmin zəncirləri küçədən yığışdırsın. Elə dava da bu səbəbdən baş verib.

Bələdiyyənin də yerləşdiyi inzibati binanın qarşısına quraşdırdığı zəncirli səddin traktorla dağıdıldığından əsəbiləşən bələdiyyə sədri “kommunxoz” müdirinə hücum edib. İnzibati binanın qarşısında səs-küylə müşayət olunan hadisə yerinə polis əməkdaşları çağırılıb. Bələdiyyə sədrinin “kommunxoz” müdiri arasındakı dava rəsmiləşdirilib.

Onu da qeyd edək ki, bələdiyyə sədri Aydın Aslanov özü də keçmiş polis işçısıdir. 90-cı illərdə Neftçala rayon Polis Şöbəsində polis nəfəri olub.

Hazırda baş verənlərlə bağlı Neftçala rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın