Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / “Neft Daşları”na gedən helikopter qəza enişi etdi – Göyərtəsində 18 nəfər olub

“Neft Daşları”na gedən helikopter qəza enişi etdi – Göyərtəsində 18 nəfər olub

Bu gün “Silkway Helicopters Services aviaşirkəti”nin “Mi-8”helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib.

“ Azinforum.az ” xəbər verir ki, şirkətdən APA-ya verilən məlumata görə, helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin hava gəmisi də zərər görməyib.

“Neft Daşları” yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.

Sərnişinlər təyinat məntəqəsinə “Silkway Helicopters Aviaşirkəti”-nin digər helikopterləri ilə çatdırılacaq.

Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın