Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Nazpəri seyfini oğurlayan şəxs haqda: “Özünü doğramaqdansa, malımı qaytarsın”

Nazpəri seyfini oğurlayan şəxs haqda: “Özünü doğramaqdansa, malımı qaytarsın”

Müğənni Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən şəxs polis idarəsində intihara cəhd edib.

Cavid Əliyev Nərimanov RPİ-də qolunu kəsici alətlə kəsərək, intihara cəhd göstərib. Yaralı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məsələyə aydınlıq gətirmək üçün xalq artisti Nazpəri Dostəliyeva ilə əlaqə saxladıq.

Yeniçag.az-a açıqlama verən N.Dostəliyeva bu barədə ümumiyyətlə danışmaq istəmədiyini desə də, məsələyə belə aydınlıq gətirib:

“Bu istintaq sirridir, mənə danışmaq qadağan olunub. Buna görə susuram. Hadisəni törədənlər tapılıb. Onun özünü doğraması ilə bağlı xəbərdən məlumatsızam. Anlamadım, o polis idarəsində özünü necə doğrayıb, damarını kəsmək üçün kəsici aləti hardan tapıb? Özünü niyə doğrayır, məndən oğurladıqlarını gətirib özümə qaytarsın. Apardıqlarını bircə-bircə qaytaracaq”.

Xatırladaq ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Hadisəni Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü — Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Cavid Əliyev, 1990-cı il təvəllüdlü Natiq Fərəcov saxlanılıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın