Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Nazirlik sabiq işçisini məhkəməyə verdi – Sabiq şöbə müdirinin çıxışı narazılıq yaradıb

Nazirlik sabiq işçisini məhkəməyə verdi – Sabiq şöbə müdirinin çıxışı narazılıq yaradıb

Kənd Təsərrüfatı Nazirliyi sabiq şöbə müdiri Sabir Vəliyevi məhkəməyə verib.
Buna səbəb S.Vəliyevin “Cümhuriyət” qəzetinin 13-15 may tarixli sayında yayınlanan müsahibəsi olub. Cebhe.info xəbər verir ki, sabiq şöbə müdiri öz müsahibəsində kənd təsərrüfatı naziri Heydər Əsədov, onun müavinləri Seyfəddin Talıbov və İlham Quliyev barəsində bir sıra ittihamlar səsləndirib.
KTN-ə qeyri-peşəkar kadrların rəhbərlik etdiyini deyən S.Vəliyev Heydər Əsədovun və nazirliyin digər rəsmilərinin aqrar sahəyə bələd olmadığını söyləyib. Sabir Vəliyev eyni zamanda nazirlikdə rüşvətxorluq hallarına yol verildiyini də deyib.
Müsahibədə söylənilən fikirləri təhqir və böhtan kimi qiymətləndirən Kənd Təsərrüfatı Nazirliyi Sabir Vəliyevi məhkəməyə verib. İşə Səbail rayon Məhkəməsində baxılacaq.
Cebhe.info

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın