Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Nazirlik binasında dəhşət: tələbə qız 9-cu mərtəbədən liftin şaxtasına yıxıldı

Nazirlik binasında dəhşət: tələbə qız 9-cu mərtəbədən liftin şaxtasına yıxıldı

Bakıda dəhşətli hadisə baş verib.

Lent.az-ın məlumatına görə, 1998-ci iltəvəllüdlü Əhmədova Esmira İlqar qızı Səhiyyə Nazirliyinin Yasamal rayonu Zərdabi küçəsində yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılıb. 17 yaşlı qız liftin 1-ci mərtəbəsində dayanmış vəziyyətdə olan liftin damına düşüb. O, təcili olaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin müayinə nəticəsində E.Əhmədovanın çoxsaylı sınıq xəsarətləri aldığı və vəziyyətinin çox ağır olduğu məlum olub.

Saytın əldə etdiyi digər məlumata görə, 9-cu mərtəbədən yıxılan 17 yaşlı E.Əhmədova 1 saylı Tibb Texnikumunun tələbəsi olub.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın