Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Nazirlər Kabinetinin “BMW 730”u ilə Mədəniyyət evi özəlləşdirildi – Detallar

Nazirlər Kabinetinin “BMW 730”u ilə Mədəniyyət evi özəlləşdirildi – Detallar

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) tərəfindən keçirilən özəlləşdirmə hərracında 1 səhmdar cəmiyyəti, 2 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 1 avtomobil satılıb.
Mia.az Komitəyə istinadən bildirir ki, hərracda satılan qeyri-yaşayış sahələrinin 4-ü Bakıda (Xətai, Nərimanov, Nizami və Nəsimi), digərləri isə Sumqayıt və Zərdabda yerləşir:
“Nizami rayonunda sahəsi 90 kvadratmetr olan əmlakdan həm ofis, həm də xidmət obyekti kimi, Sumqayıtdakı 25 kvadratmetrlik daşınmaz əmlakdan isə gəlirli xidmət obyekti kimi istifadə etmək olar.
Hərracda “Xətai Ticarət-108” ASC-nin səhmlərinin 30%-i, eləcə də Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansındakı “BMW 730” avtomobili də sahibini tapıb.
Hərracda satılan sərfəli əmlaklardan biri Neftçala rayonunda olan Balasurra kənd klubudur. Klubun ümumi sahəsi 120 kvadratmetrə yaxın, torpaq sahəsi isə 400 kvadratmetrdən çoxdur. Digər özəlləşdirilən dövlət müəssisəsi Cəlilabad rayonunda yerləşən Komanlı Mədəniyyət evidir. Sahəsi 158 kvadratmetr, yerləşdiyi torpaq sahəsi isə 1500 kvadratmetrə yaxın olan obyektdə ictimai iaşə xidmətləri göstərilə bilər.
Keçirilən hərracların nəticələri ilə komitənin rəsmi saytında (emdk.gov.az) və privatization.az portalında tanış olmaq mümkündür.
Növbəti özəlləşdirmə hərracı isə mayın 15-də keçiriləcək. Hərraca 116 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisəsi, 50-si qeyri-yaşayış sahəsi, 10-u isə avtomobildir.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …