Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Nazirin sabiq müşavirinin talanan qızılları hardadır? – REPORTAJ

Nazirin sabiq müşavirinin talanan qızılları hardadır? – REPORTAJ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi, 58 yaşlı Salyan rayon sakini Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının xüsusi müxbiri məhkəmə zalından xəbər verir ki, prosesə hakim Rasim Sadıxov sədrlik edib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov vəsatətlə çıxış edərək, Rövşən Əhmədov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib: ”İttiham tamamilə absurddur. Zərərçəkmişin göstərdiyi faktları, müdafiə etdiyim şəxsə qızıl verməsini onun özündən başqa heç kim təsdiq etmir. Rövşən Əhmədov qızılları blokda Çingiz Baxşıyevə təhvil verərkən özü deyib ki, apar qızımgilə ver. O da Çingiz Baxşıyevin sözünə əməl edərək, həmin qızılları zərərçəkmişinqızının evinə apararaq onlara verib. Müdafiə etdiyim şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı iləəvəz olunmasınıməhkəmədən xahiş edirəm”.

Təqsirləndirilən R.Əhmədov müdafiəçisinin vəsatətinin təmin olunmasını istəyib: “Fevral ayının 12-də qızımın toyu olacaqdı. Toydan on gün əvvəl gətirib qızılların hamısını Çingiz Baxşiyevə vermək istədim. Həmin vaxt xaricdə idi. Gələndən sonra görüşüb qızılları gətirdiyimi dedim. Dedi ki, apar qızımgilə ver. Mən də aparıb verdim. Aprel ayında məni çağırıb dedi ki, qızılların hamısı yerində yoxdu”.

Məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Məhkəmə baxışı noyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, R.Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə və sonuncunun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur.

Törətdiyi əmələ görə, 18 aprel 2016-cı ildə R.Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, R.Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci ilin sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları – Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl manetləri ələ keçirib.

Qeyd edək ki, Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın