Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Araşdırma / Nazirin keçmiş müşavirinin 50 kq qızılını oğurladılar

Nazirin keçmiş müşavirinin 50 kq qızılını oğurladılar

Nəqliyyat nazirinin keçmiş müşaviri öz qohumu haqda polisə şikayət edib.

Vəkil Adəm Məmmədov “Qafqazinfo”ya açıqlamasında bu barədə məlumat verib. O, şikayətçi olan müşavirin adını açıqlamasa da, həmin şəxsinin vaxtilə Nəqliyyat Nazirliyində həm də departament rəhbəri işlədiyini deyib. Sabiq müşavir qohumu olan Rövşən Əhmədovu dələduzluqda ittiham edib.

Vəkil bildirib ki, hüquqlarını qoruduğu R.Əhmədov şikayətlə bağlı saxlanılaraq Daxili İşlər Nazirliyinin Müştəkkil Cinayətlarlığa Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən tutulub və 10 gündən artıq müddətə həmin idarədə saxlanılıb.

Keçmiş müşavir qohumu R.Əhmədovu ona məxsus 50 kq qızılı dələdzuzluq yolu ilə ələ keçirməkdə ittiham edir. Həmin şəxs müvafiq dövlət orqanı tərəfindən hələlik zərərçəkmiş şəxs kimi tanınmayıb.

Həmçinin oxuyun

“NAXÇIVAN DƏHLİZİ”nə HANSI TƏHLÜKƏLƏR VAR? –TƏHLİL

Professor Kürşad Zorlu “Habertürk”, Türkiyə, 21 noyabr 2020-ci il Qarabağla bağlı əldə edilən anlaşmanın mətni …

Bir cavab yazın