Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Nazir Quliyevin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Nazir Quliyevin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı Nazir Quliyevin qardaşı, dələduzluqda ittiham olunan Namiq Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək N.Quliyev barəsində şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı N.Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Namiq Quliyev özgənin əmlakını ələ keçirmək məqsədilə yaxın münasibətdə olduğu gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və s. xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-də iş icraçısı işləyən Əlizamin Rzayevin vasitəsilə həmin cəmiyyətin direktoru Arif Həsənovla görüşüb. Ona guya gəmi təmiri sahəsində işləyən vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını deyərək, gəmi və tərsanə tapmaqla müəssisəni işlədib pul qazanacağına inandırıb. Bu məqsədlə A.Həsənovun etibarından sui-istifadə edərək onu aldadıb və 85 min 500 manat pulunu ələ keçirməklə dələduzluq edib.

A.Həsənov isə məhkəməyə verdiyi ifadəsində bildirib ki, Akif Çovdarov və adamları onu müflis edərkən, hədə-qorxu gələrkən Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı Nazir Quliyevin qardaşı Namiq Quliyev onu bu vəziyyətdən qurtaracağını deyib. O isə bunun müqabilində N.Quliyevə 87 min dollar verib.

Qeyd edək ki, keçmiş MTN əməkdaşları tərəfindən iş adamı Arif Həsənovun başına gətirilən oyunlar, rəhbərlik etdiyi şirkətin necə müflis hala salınması barədə virtualaz.org saytında məqalələr dərc edilib. MTN əməkdaşları onların “haqqını” ödəmək üçün iş adamını böyük məbləğdə borca girməyə məcbur ediblər. Belə ki, şərikinin əməllərindən MTN-ə şikayət edən Arif Həsənov gözləmədiyi halda özü MTN-nin toruna düşüb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın