Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / “NAZİRƏ 50 MİLYON AVRO RÜŞVƏT VERDİM…” – Zərrabın məhkəməsində şok faktlar üzə çıxır

“NAZİRƏ 50 MİLYON AVRO RÜŞVƏT VERDİM…” – Zərrabın məhkəməsində şok faktlar üzə çıxır

ABŞ-da həbsdə olan İran əsilli iş adamı Rza Zərrabla bağlı proseslər sürətlə davam edir. ABŞ-ın İrana qarşı sanksiyalarını qırmaqda təqsirləndirilən “Xalq Bank”ın keçmiş müdir müavini Mehmet Hakan Atilla artıq hakim qarşısına çıxarılıb. Onun vəkilləri prosesin təxirə salınmasını tələb etsə də, tələb rədd edilib.

Son aylardakı heç bir prosesə qatılmayan Azərbaycan əsilli türk Rza Zərrabın isə təxmin edildiyi kimi, prokurorluqla anlaşdığı və şahid olduğu dəqiqləşib. Zərrabın haqqındakı üç həftə davam etməsi planlaşdırılan prosesdə ən kritik üç gün başlayıb. Bu arada Zərrabın hələ də türmədə ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən nəzarət altında olduğu ortaya çıxıb.

Dövlətin bankirini Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar

Məhkəmə və onun detalları

Dövlətin bankirini Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar

BBC yazır ki, prosesin hakimi Nyu-York Bölgə Məhkəməsinin hakimi Riçard Bermandır. Hakim Berman prosesdə işin adını “ABŞ Mehmet Hakan Atillaya qarşı” olaraq təqdim edib. O, potensial üzvlərə müraciətində deyib: “Burada eşidəcəyiniz kimi, cənab Atilla ilə eyni və ya oxşar ittihamlarla günahlandırılan digər şəxslər də var, lakin həmin şəxslər bu işdə sizin qarşınızda mühakimə olunmayacaq. Cənab Atillaya qarşı ittihamnamədə altı ittiham irəli sürülüb”.

İlk gündə 12 münsif üzv ilə 6 ehtiyat üzvün seçimi tamamlanıb. Beləcə, işin də başlanması üçün bir maneə qalmayıb. Məhkəmənin sonunda şübhəlilərin günahkar olub-olmaması ilə bağlı qərarı 12 üzv verəcək. Qərar əldə edilməsi üçün isə yekdil rəy şərtdir.

Şübhəlilər günahkar bilindikləri təqdirdə cəza ilə bağlı qərarı hakim verəcək. Berman məhkəmənin təqribən üç-dörd həftə çəkəcəyini təxmin etsə də, gözlənilməyən hadisələr, yaxud dəlil və ya şahidlərin istintaqı səbəbi ilə bir neçə günlük gecikmələrin mümkünlüyünü də vurğulayıb.

Atillanın vəkili Viktor Rocco müdafiə çıxışını edərkən Zərrabı və “Xalq Bankı”n keçmiş müdiri Süleyman Aslanı ittiham edib. Rocco Aslanın Zərrabdan aldığı rüşvətlərlə cibini doldurduğunu deyib: “Zərrabın Türkiyədə rüşvət piramidası qurduğu bilinir. Rüşvət verdiyi şəxslər atasında yüksək səviyyəli məmurlar, vəzifəli şəxslər də var” deyib.

Prokurorluq: Zərrab açar şahiddir

Prokuror köməkçisi David Denton Rza Zərrabın cinayətlərini qəbul edərək, prokurorluqla iş birliyi etdiyini və şahid kürsüsündə Atilla ilə olan münasibətlərini detallarına qədər danışacağını deyib. Zərrabın Atilla işində açar şahid olduğunu söyləyən Denton təqdim edəcəkləri sübutların bank rəhbərinin günahlarını sübut edəcəyini deyib.

Prokurorluq Zərrabı qoruyur

İddiaları rədd edən Rocco “yüksək vəzifəli şəxslərə ayaqqabı qutularında rüşvət yollayan Atilla yox, Zərrab idi. Müttəhim kürsüsündə oturmalı olan şəxs Rza Zərrab az cəza alma, ya da heç bir cəza almamaq ümidi ilə ittiham tərəfi ilə anlaşdı. Hazırda prokurorluq Zərrabın kürəyini ovxalamaqla məşğuldur” deyib.

Rocco eyni zamanda deyib ki, Atilla Zərrabın çoxlu sayda qurbanlarından biridir: “ABŞ İrana 5 min kilometr uzaqlıqda ikən, Türkiyə sərhəd qonşusu və iki ölkə iş görmək zorunda idi». OFAC da (ABŞ-ın Xəzinə Nazirliyinə bağlı olan Xaricilərin Mal varlığına nəzarət ofisi) bütün bunları əvvəldən bilirdi.

Zərrab türməyə qadın salmağa çalışdı

Vəkil deyib ki, R.Zərrab Atilladan “həbsdən çıxış kartı” olaraq istifadə etməyə çalışıb. Zərrabın bu işlərdən milyardlar qazandığını, Türkiyə siyasətçilərinə də on milyonlarca rüşvət verərək, işini gördüyünü iddia edən Rocco, Zərrabın Nyu-Yorkdakı türmədə qaldığı günlərdə belə gözətçilərə rüşvət verərək, içəri qadın salmağa çalışdığını, içki, narkotik və yemək təmin etməyə nail olduğunu iddia edib.

Hakim Riçard Berman, proses başlayan kimi prokurorluq instansiyasına “bu gün kimləri şahid olaraq çağıracaqsınız” deyə soruşub. Denton, Zərrab xaricindəki adları belə sıralayıb: OFAC-dan (Əcnəbilərin Mal Varlıqlarını Nəzarət Ofisi) təmsilçisi Mark Dubovitz, FTB agenti Lisa Palluconi, FTB şahidi Bülent Bulut”.

Altı ayrı ittiham

Картинки по запросу Rza Zərrab

Rza Zərrabın müttəhimlikdən çıxarıldığı iddianamədə səkkiz şəxsə 6 ittiham yönləndirilib. Bunların ardıcıllığı belədir: “ABŞ və xüsusən də ABŞ Xəzinə Nazirliyini aldatmaq üçün tələ qurmaq, Beynəlxalq Təcili İqtisadi Güc Qanununu pozmaq, bankçılıq sistemində dələduzluq etmək, qara pul yumaq, qara pul üçün tələ qurmaq”.

Bundan başqa, dünən möhürü qırılan məhkəmə sənədlərinə görə, Zərrab 26 noyabrda gizli dindirmə zamanı haqqındakı 7 ittihamı qəbul edib. Sənədlərdən də məlum olur ki, Zərrab cib telefonu və spirtli içki kimi qadağan olunmuş əşyaları həbsxanaya gətirtmək üçün türmə işçilərinə rüşvət verməyə çalışdığı üzə çıxıb. Bu hadisəyə görə də Zərraba qarşı daha bir ittiham irəli sürülüb. Zərrabın məhkəmədə üç gün boyunca ifadə verəcəyi gözlənilir.

Üç gün boyunca çarpaz sorğu-sual

Zərrabın haqqındakı ittihamları qəbul etməsi və prokurorluğun lehinə jüri qarşısında şahidlik etməyi qəbul etməsi ilə üç həftə davam etməsi planlaşdırılan məhkəmə işindəki ən kritik üç gün dünən başlanıb. Zərrabın şahid ifadəsini baş prokuror köməkçilərindən olan Sid Kamaraju jüri qarşısında alacaq. Zərrab daha sonra Atillanın vəkili Viktor Rocconun çətin sualları ilə üzləşəcək.

Zərrab hələ də türmədə Amerika hüquq-mühafizə irqanlarının xüsusi nəzarəti altındadır. Prokuror köməkçisi Sid Kamaraju prosesdən sonra Riçard Bermandan Zərrabın prosesə necə gətiriləcəyini öyrənmək istədiyini deyib. Sual yaradan daha bir məqam isə Zərrabın məhkəmədəki hücrə bloqundan çıxarılandan sonra jürini qabağından qandallı olaraq keçirilib-keçirilməyəcəyi ilə bağlı idi.

Verilən cavablardan isə bəlli olub ki, Zərrab çarpaz ifadəsi alınarkən zaman-zaman stuldan qalxıb, jürinin qabağında dayanacaq. Bundan başqa, Zərrab kürsüyə çıxacaq, sorğu-sual isə cümə gününə qədər davam edə biləcək.

Milyardlar, milyardlar və milyardlar…

«Reuters»in Enerji Bazarı Tənzimləmə Qurumunun (EBNQ) məlumatlarına əsasən, 2014-cü ilin hesablamaları Türkiyənin 2012-ci ildə İrandan aldığı neft və təbii qazın dəyərinin 10 milyard dollardan çox olduğunu göstərib.

Türkiyə Statistik Qurumundan (TSQ) əldə edilən məlumatlara görə isə 2011-ci ildə İrana ixracatı 1 ton olan qızıl, 2012-ci ildə təqribən 126 tona yüksəlib və bunun dəyəri də təxminən 6.5 milyard dollar olaraq hesablanır. Əlavə olaraq, eyni ildə Türkiyənin BƏƏ-yə etdiyi qızıl ixracı da 85 ton və 4.6 milyard dollar olub.

Prokurorluğun iddiasına görə, qiymətli metal ticarəti üzərindəki sanksiyaların artırılmasından sonra pullar İrana “xəyali tranzit buğda ticarəti” ilə göndərilməyə başlanıb.

Zərrab 2014-cü ilin aprelində AHaber-ə verdiyi müsahibəsində buğda və dərman satışına başladıqdan sonrakı dörd ayda təxminən 1.6 milyard dollarlıq ticarət həyata keçirdiklərini söyləmişdi.(Musavat.com)

Xatırladaq ki, Rza Zərrab artıq məhkəmə qarşısında da bəzi etiraflarını edib. O, İrana qarşı sanksiyaları pozma, çirkli pulların yuyulması ittihamları ilə bağlı ifadəsində bunları deyib: “Prokurorluq qarşısında 3 öhdəliyim var: Həqiqəti demək, ABŞ hökuməti ilə əməkdaşlıq etmək və bir daha cinayət törətməmək. Həbs olunduğumda çox qorxmuşdum deyə, həqiqəti söyləyə bilmədim. Prokurorluqla əməkdaşlıq həbsdən çıxmağın ən rahat yoludur.

ABŞ hökuməti mənə əfv sözü verməyib. Hərəkətim məhdudlaşdırılıb. Həbsdə olanda bir mühafizəçiyə içki və mobil telefondan istifadə üçün rüşvət verdiyim doğrudur. Türkiyəyə ekstradisiya olunmam üçün vəkillər tutdum. Bu baş tutmayınca günahımı etiraf etdim. İran neft-qaz gəlirlərini əldə etdiyi gəlirləri sanksiyalar səbəbindən istifadə edə bilmirdi. Məhməd Hakan Atilla bu məsələdə ən məlumatlı adam idi. “AktivBank” İranla əməkdaşlıq edəcək müştərilərə hesab açılması üçün xüsusi icazənin olmasını bildirdi.

Egemen Bağış (Türkiyənin sabiq AB işləri üzrə naziri) “AktivBank”da hesab açmaq üçün mənə xüsusi yardım etdi. 2010-2011-ci ildə İran Mərkəzi Bankının sədri Mahmud Bəhmani ilə görüşlər keçirdim. İran Mərkəzi Bankına maliyyə xidməti məsələsində razılıq əldə olundu. Daha sonra “AktivBank” rəhbəri ilə görüşdən sonra hesab açdım. Hesab 5-10 milyon avro ilə dövriyyəyə başladı.

İran Mərkəzi Bankı ilə razılaşmanın pozulmasından sonra aralarında Hüseyn Nəcəfzadənin də olduğu “Bank Mellat” nümayəndələri ilə görüşüb ABŞ sanksiyalarını pozmağa başladıq. “Aktiv Bank” gəlirin önəmli bir hissəni qarşılayırdı”.

R.Zərrab müğənni Ebru Gündəşin əri olduğu üçün daim göz önündə olduğunu və bu üzdən bəzi bankirlərin onunla əməkdaşlıq etməkdən imtina etdiyini bildirib. Zərrab planlarını həyata keçməsi üçün sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana rüşvət verdiyini bildirib. “Zəfər Çağlayanla əlaqə yaratdım. Nazir idi. Ona 45-50 milyon arasında rüşvət ödədim. Çağlayan İranla qurulan ticari əlaqələrə görə 50 faiz pay istədi”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …