Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Naxçıvanlı keçmiş deputat öldürüldü

Naxçıvanlı keçmiş deputat öldürüldü

Ukraynanın Luqansk vilayətində keçmiş azərbaycanlı deputat öldürülüb.

Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, Naxçıvanda doğulan və Ukrayna vətəndaşı olan 60 yaşlı Əli Məhərrəmovun maşını ötən həftə Krasnıy Luç şəhəri yaxınlığında qumbaraatanla atəşə tutulub.

Maşın yandığından meyit tanınmaz hala düşüb.

Uzun müddətdir, Ukraynada yaşayan Əli Məhərrəmov Krasniy Luç ətrafında – yaşadığı kənddə dəfn edilib.

Əli Məhərrəmov 90-cı illərin əvvəllərində bir müddətə Luqansk Vilayət Şurasının deputatı olub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın