Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Naxçıvan universitetində nə baş verir? – Rasionallaşdırma, yoxsa işdən çıxarılma?

Naxçıvan universitetində nə baş verir? – Rasionallaşdırma, yoxsa işdən çıxarılma?

Azərbaycanın ən böyük təhsil ocaqlarından biri olan Naxçıvan Dövlət Universitetində aparılan ciddi ixtisarlar haqda ötən saylarımızda məlumat vermişdik.

Universitetdən yeni aldığımız məlumata görə, artıq ixtisarların sayı 100-ü keçib. Rəhbərliyin bu qədər belə kütləvi ixtisar aparması təhsil ocağının professor və müəllim heyəti arasında böyük narahatlıq doğurub.

Xatırladaq ki, universitetin 5 prorektor görəvindən 4-ü – elmi işlər, təsərrüfat məsələləri, beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektorluq ləğv edilib. Bu vəzifələri daşıyan Seyid Surə, Mübariz Nuriyev, Araz Zalov Şamxal Məmmədov və digərləri kafedra müdiri, müəllim təyin edilib.

Eyni zamanda elmi dərəcəsi olan müəllimlər, kafedra müdirləri və laborantların bir qismi tutduğu vəzifələrdən kənarlaşdırılıb. İşindən kənarlaşdırılanlara isə ixtisarın səbəbinin universitetin maliyyə sıxıntıları ilə bağlı olduğu bildirilib.

Rasionallaşdırma, yoxsa işdən çıxarılma?

TƏHSİL PLANI…

Təhsil eksperti Nadir İsrafilov da ciddi ixtisarların universitetdəki maliyyə problemi ilə bağlı olduğunu təxmin edir: “Son zamanlar bəzi universitetlərdə belə proseslər aparılır. Buna da rasionallaşdırma adı verirlər. 90-cı illərdə bizdə həm iqitisadı, həm siyası, həm sosial sahələrdə müəyyən boşluqlar əmələ gəldi. O cümlədən təhsil sahəsində də belə boşluqlar yarandı. Sonra da təxminən 15 il Təhsil Qanunu, müəyyən hüquqi-normativ aktların qəbulu ləngidi. Həmin boşluqlardan istifadə olunub xeyli sayda kollec, ali təhsil müəssisəsi, özəl müəssisələr yaradıldı. Kadr şişirtmələri oldu. Ehtiyac olmadan əlavə kafedralar, əlavə dekanlıqlar yaradıldı. İndi tədricən bu məsələ nizama düşür. Xeyli kollec də məhz bu səbədən bağlandı. Bəzi ali məktəblərin lisenziyaları təsdiqlənmədi. Ayrı-ayrı yerlər, məsələn, təkmilləşmə institutu müəllimlər institutuna çevrilmişdi. Oranın 11 filalı yaranmışdı. Burda da böyük yanlışlar vardı. Onları bağladılar. Ayrı-ayrı kolleclərdə də təkrarlamalar gedir. Dünya təcrübəsinə istinad edib bəzi kollecləri müasir universitetlərin nəzdinə verdilər. Yəni bunların hamısı rasionallaşdırma tədbirləri kimi həyata keçirilir”.

“Bəzi universitetlərdə tələbələrin 3-4 milyon borcu var”

N.İsrafilov bildirir ki, universitetlərə dövlət büdcəsindən vəsaitlər ayrılmasına, ödənişli fakültələrin sayının artmasına rəğmən, bir çox dövlət ali məktəbləri ciddi maliyyə sıxıntısı yaşayır: “Bizdə özəl və dövlət universitetləri var. Özəllər aydındır, amma biizm dövlət universitetlərində də pullu təhsil bahadır. Dünyadakı bir çox dövlət universitetlərində təhsil pulsuzdur. Bizim tələbələrin əksəriyyəti niyə xaricə gedirlər? Çünki orda qiymət, ödənişlər bizimlə müqayisədə xeyli aşağıdır. Məsələn, dünyanın elə ölkələri var ki, onlarda ümumiyyətlə ödəniş yoxdur. Bizdə isə bu, əvvəl 20 faizlə başladı, sonra 30-40 faizə qalxdı. İndi isə 80-82 faiz ixtisaslar ödənişlidir. Bu da müəyyən problemlər yaradır. Mən bir neçə universitetlərdə nəzarət şurasının üzvüyəm. Görürəm ki, elə universitetlər var, tələbələri ödənişləri edə bilmirlər. Universitet isə onlardan aldığı vəsaitlə özünü maliyyələşdirir. Tələbəni qovmaq olmur, onda da problemlər yaranır, amma o da ödənişi verə bilmir. Elə universitet var, orda tələbələrin 3-4 milyon borcu var. Belə olan halda da universitet müəllimin, başqa əməkdaşlarının əmək haqqını verə bilmir. Ona görə də müəyyən ixtisarlar eləmək məcburiyyətində qalır”.

“500 və 700 bal sistemi arasında uyğunsuzluqlar var”

Hazırda 4 universitetə publik-hüquqi şəxs statusu verildiyini xatırladan ekspert, bu metodun da universitetlərdəki maliyyə problemini aradan qaldırmağa yardım etmədiyi qənaətindədir: “Əvvəlcə BDU, sonra İqtisadiyyat, Dillər, daha sonra Mühəndislər Universitetinə publik hüquqi şəxs statusu verildi. Bu da onlara “get, öz başını dolandır” deməkdir. Universitetlər də nə də olur-olsun özünü saxlamaq, rəqabətə davamlılığı üçün belə sərt addımlar atır. Əks halda plan yerləri dolmur.

Bizdə ali məktəbə qəbul olan tələbə klassik “5” qiymətləndirmə ilə ən azı 350 bal toplamalıdır ki, qiyməti “3” sayıla bilsin. Amma ötən il bu rəqəmi 250 bala endirdik. Bəzi ixtisaslarsa100-150 bal olub. Əslində 200 balın özü klassik qiymətləndirmədə “2” qiyməti deməkdir. Əslində testə təzə başlayanda keçid balı 300-350 idi. Sonra məlum oldu ki, abituriyentlər bu balı toplaya bilmir. Bu o demək deyil ki, uşaq savadsızdır, biliyi azdır. Sadəcə, beş ballıqla 700 ballıq arasında müəyyən uyğunsuzluqlar var. Bunun nəzəri-elmi cəhətləri əsaslandırılmayıb. Biz də bal sistemini buna görə məcbur qalıb dəyişirik. Bu balla, yəni 350 ballıq keyfiyyəti nəzərə alıb qəbul keçirsək, bizim universitetlərin 90 faizi tələbəsiz qalacaq. Tələbəsiz qalmaq da o deməkdir ki, universitetlərdə kütləvi ixtisar gedəcək, əksəriyyət bağlanacaq. Bizim nəinki bakalavrda, hətta magistraturalarda 50 ixtisas üzrə on beşində heç müsabiqə üçün rəqabəti yaranmır. Deməyim odur ki, biz ya kəmiyyəti, yaxud da keyfiyyəti əsas götürməliyik”.

“Abituriyentlərə üç dəfə şans veriləcək”

Nadir müəllimin fikrincə, keçid ballarının aşağı salınması universitetləri saxlamaq, onlara dəstək vermək üçün atılmış addımdır: “İndi universitetlərin nəzdində hazılıq kursları açırıq. Tələbəyə iki dəfə keçid şansı veririk. Deyirik bu dəfə həmin balı toplamadın, bir də özünü sına. Bəlkə gələn ildən üç dəfə cəhv veriləcək, hazırda bu yöndə müzakirələr gedir. Böyük ehtimalla Naxçıvan Universitetində də problemlər oranın maliyyə durmunun tənzimlənməməsi üzündən baş verib. Universitetdə, yaxud başqa müəssisədə ixtisar ya qərəzçilik üzündən, kimdənsə canlarını qurtarmaq üçün aparılır, ya da oranın maddi vəziyyətinin yaxsşi olmamasıyla bağlı belə adımlar atılır. Burda isə deyildiyi kimi, kütləvilikdən söhbət gedirsə, demək oranın maliyyə problemi var. Bizdə universitetlərdə elə ixtisaslar var ki, onlar özünü doğrultmur. Ona görə də bəzilərində ixtisasları dəyişirlər, bəzilərini bağlayırlar, bzilərini yeniləşdirilər. O keçid dövrü ilə bağlı yaranan problemlərdir. Biz sovet təhsilindən ayrılmışıq. Nə sovet təhsili şinelindən çıxırıq, nə də Qərb üslubu ilə çalışırıq. Hələ şərq mentalitetini demirəm. Bu da üçüncü əlavədir. Ona görə də belə proseslər gedir. Hər halda bu, təhsilimiz üçün yaxşi hal deyil. Hesab edirəm ki, bizim bütün həyata keçirdiyimiz islahat, dəyişikliklərin 90 faizi məzmuna yox, formaya xidmət edir. İndi məktəblərdə dəyişiklik üçün müxtəlif addımlar atırıq. Təhsil ilini iki tədris həftəsi uzatdiq. Dedik, proqramlar ağırdır, filan dərsləri iyunun 14-nədək uzandı. Amma bununla da qəribə mənzərə yarandı, uşaqlar hələ buraxlış imtahanı verməyib, attestat almayıb TQDK artıq qəbul imtahanı keçirir. Tədris ili başa çatmayıb, proqram tam mənimsənilməyib, biz qəbul imtahanı aparırıq. Bu necə olur? Mən bir neçə appelyasiya şikayətlərində iştirak eləmişəm. Şikayətlərin əksəriyyəti bununla bağlıdır, tələbə qəbulunda uşağa düşən sualı o hələ mayın axırı keçəcək. Amma mayın 13-də artıq qəbul imtahanı keçirirlər. Bu məsələdə TQDK-nı da qınaya bilmirsən. Onların da öz qrafiki far. İyunun 14-də son zəng olsa da, elə vaxt olub attetstatlar bir ayadək gecikdirilib. Bu attestatların hazırlanıb verilməsi iyuladək uzanacaq. İndi bəs, TQDK nə vaxt imtahan keçirsin?”

1 yaşda uşağa nə təhsil?

Ekspert söhbət əsnasında azyaşlıların bağçaya qəbulunda da yanlışlar olduğunu diqqətə çəkdi: “İndiyədək bağçaya 3 yaşdan götürürdük, indi isə bunu 1 yaşdan elədilər. Qabaqlar- sovetin dövründə məktəbəqədər pillə məktəbəqədər təhsil və tərbiyə adlanırdı. Bizdə hansı məntiqlə tərbiyə sözü çıxarıldı hələ də anlaya bilmirəm. O ifadəni dəyişib qanuna məktəbəqədər təhsil kimi daxil elədik. İndi sual olunur, 1 yaşdan da təhsil ola bilərmi? Yaxud 1-ci sinfə gedən uşaqlardan yalnız sentyabrın 15-dək yaşı düşənləri qəbul edirdik. İndisə həmin müddət ilin axırına qədər uzadılıb. Belə olan halda 6 yaşı bitməyənlər də, yəni 5 yaşlı uşaqlar da 1-ci sinfə düşür. Hara tələsirik belə?! Belə tələsgənlik bizə nə verəcək? Bu saat dünya təcrübəsində ən inkişaf edən təhsil sistemi Finlandiyanınkıdır. Orda 7 yaşından bir gün əksik olanı məktəbə götürmürlər. Biz rüblükləri çevirib yarımillik elədik. Gündəliyi dəyişdik, summativ –diaqnostik qiymətləndirməylə əvəzlədik. Amma indi görürük ki, bu məslələrdə də bir çox dəyişikliklər uğursuzdur. İndi yenidən qərara alınıb ki, ibtidai siniflərdə summativlər çıxarılsın. Belə səhvlər buraxılır, amma sonra onun yanlış olduğu anlaşılır. Görün, Təhsil Qanununa nə qədər dəyişiklik olunmalıdır? Bütün bunları ona görə deyirəm ki, verdiyimiz yanlış qərarlar sonradan daha ciddi problem kimi qarşımıza çıxır. Naxçıvan Universitetində baş verənlər də belə xətaların nəticəsidir”.
Hurriyyet.org

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …