Şənbə , Dekabr 5 2020
Ana səhifə / Araşdırma / Natiq Kərimov yenə ifadə verdi: “Kim polisin əlindən zorla adam ala bilər?”

Natiq Kərimov yenə ifadə verdi: “Kim polisin əlindən zorla adam ala bilər?”

2015-ci ilin noyabr aylarınds Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə Nardaran Ağsaqqalar Şurasının sədri Natiq Kərimov ifadə verib.

Qeyd edək ki, Natiq Kərimov digər Nardaran işlərində də şahid qismində tanınıb.

Məhkəmədə Natiq Kərimova sədri həbs edilmiş Müsəlman Birliyi Hərəkatı ilə bağlı sual verilib.

Natiq Kərimov hərəkatın qanuni hərəkat olduğunu deyib: “Hərəkatın fəaliyyəti ilə bağlı hər hansı qanunsuz hərəkət görməmişəm”.

Nardaran ağsaqqalı məhkəmdə Taleh Bağırzadə və Nardaran hadisələrində həbs edilən digər şəxslərə qarşı irəli sürülən terror ittihamı ilə bağlı bunları deyib: “Mən nə Müsəlman Birliyinin, nə də bu hadisələrdə həbs edilən şəxslərin ölkəyə qarşı terror törətmək ittihamı ilə razı deyiləm. Bu tamamilə absurddur”.

Natiq Kərimov həmçinin 2015-ci ilin oktyabr ayında Taleh Bağırovun müavini Elçin Qasımovun həbsindən sonra Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən insidentlə bağlı da danışıb.

O, deyib ki, həmin vaxtda indi də polislə qarşıdurmaya gedilməsinin əleyhinə olub: “Polis haqlı və ya haqsız olaraq bir şəxsi saxlayıbsa, bunu ancaq danışıqla aydınlaşdırmaq olar. Mən o vaxt da demişdim ki, polisə müqavimət göstərmək, onunla qarşıdurmaya getmək qətiyyən olmaz. Kim gedib polisin əlindən zorla adam ala bilər? O vaxt provakasiya etdilər. Həmin şəxslər belə hadisələrin baş verməsinə səbəb oldular”.

Prosesin davamında digər şahidlər də ifadə verib.

Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.

O bildirib ki, bu hadisələrə görə barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın