Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Narkotik satan polis həbs edildi

Narkotik satan polis həbs edildi

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Zaqatalada əməlyyat keçirib.

Musavat.com-a daxil olan məlumata görə əməliyyat zamanı 2 polis əməkdaşı saxlanıb. Əvvəlcədən planlaşdırlan əməliyyat zamanı şərti alıcı narkotik satan polis əməkdaşına zəng edib.

Məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Nəsib Nəsibov narkotiki satarkən tutulub. N. Nəsibov daxili işlər orqanlarından xaric edilməklə həmin fakt üzrə başlanmış cinayət işi ilə əlaqədar istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, rayon polis şöbəsinin daha bir əməkdaşı, polis serjantı Elman Məmmədov da vəzifə səlahiyyətlərini aşması suçu ilə ciddi töhmət alıb. Onun N.Nəsibovla yaxın münasibətdə olması haqda da bilgi var.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın