Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Nardaranda əməliyyatlar davam edir: 3 nəfər də saxlanıldı

Nardaranda əməliyyatlar davam edir: 3 nəfər də saxlanıldı

Bu gün Nardaranda günorta saatlarında keçirilən əməliyyatlar zamanı daha 3 nəfər saxlanılıb. 5 nəfər isə səhər saatlarında keçirilən əməliyyatlar zamanı saxlanılmışdı. 
Bu barədə məlumatı musavat.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.
Onun sözlərinə görə, kənddə evlərdə və həyətyani sahələrdə hüquq-mühafizə orqanları tərəfindən axtarışlar davam edir. Axtarışda polis əməkdaşları və xüsusi təyinatlılar iştirak edir.
“Əkin yerlərini, evləri axrarırlar. Xüsusi itlər də axtarışda istifadə olunur. Bildiyimiz qədəri ilə silah və narkotik axtarılır. Bu gün səhər 5 nəfəri, günorta isə 3 nəfəri axtarışlardan sonra apardılar. Amma evlərdən heç nə tapılmayıb. Axtarışlar zamanı çəkiliş də olub. Saxlanılanlardan xəbər yoxdur”- deyə N.Kərimov bildirib.
Xatırladaq ki, dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılan var. Lakin bu barədə heç bir rəsmi açıqlama verilmir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın