Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Araşdırma / Nardaranda əməliyyat: Cinayətkar dəstə tutuldu

Nardaranda əməliyyat: Cinayətkar dəstə tutuldu

Nardaranda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.

Musavat.com bildirir ki, tutulanlar arasında ata və oğul da var.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi bağlar massivində Bakı şəhər sakini Namiq Fərəcullayevə məxsus evdən 40 metr elektrik naqili, 1 ədəd elektrik cihazı və geyim əşyaları oğurlayan paytaxt sakinləri – Qəhrəman Quliyev, onun oğlu Əmrah, Hüseyn Əsədov və əvvəllər məhkum olunmuş Zahid Cəbrayılov tutularaq istintaqa təqdim ediliblər.

Aparılan araşdırmalar zamanı dəstə üzvlərinin Nardaran qəsəbəsində daha 2 mənzildən elektrik kabeli, habelə martın 22-nə keçən gecə fərdi yaşayış evindən 120 metr elektrik naqili oğurlamaları da müəyyən edilib. Ümumilikdə saxlanılan şəxslərin qəsəbə ərazisində yeni tikilməkdə olan 15-ə yaxın həyət evindən oğurluq etdikləri məlum olub.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir

Həmçinin oxuyun

Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar

ikinci Qarabağ savaşı 44 günlük vətən müharibəsi, ərəfəsində bəzi, tanınmışların, məmurların övladları öz keflərində, biznesləri …

Bir cavab yazın