Ana səhifə / Araşdırma / “Nardaran işi” başa çatır- Taleh Bağırzadə və digərlərinə hökm oxunacaq – FOTOLAR

“Nardaran işi” başa çatır- Taleh Bağırzadə və digərlərinə hökm oxunacaq – FOTOLAR

Bu gün “Müsəlman birliyi” hərəkatının sədri Taleh Bağırzadə, hərəkatın 16 üzvü və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə sonuncu məhkəmə prosesinin keçiriləcək.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərə hökm oxunacaq.
Hazırda məhkəmə prosesi davam edir. Məhkəmə ətrafında ciddi polis nəzarəti var.
Qeyd edək ki, prokuror T.Bağırovun ömürlük, F.Qəhrəmanlının 11 il, A.Hüseynovun 20 il, C.Cabbarovun 19 il, R.Cəbrayılovun 17 il, R.Yarıyevin 10 il, Ş.Abduləliyevin, Z.Mustafayevin, C.Babakişizadənin, A.Quliyevin, İ.Xudaverdiyevin, E.İsmayılovun, B.Quliyevin, Ə.Nuriyevin, Ə.Vəliyevin, F.Balayevin, A.Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Xatırladaq ki, 2015-ci ilin noyabrın 26-da T.Bağırzadənin saxlanılması üçün Nardaranda keçirilən əməliyyat zamanı polislə dindarlar arasında silahlı qarşıdurma baş vermişdi. Silahlı qarşıdurma zamanı 2-si polis olmaqla, 6 nəfər dünyasını dəyişib.
Nardaranda həbs edilənlər mütəşəkkil dəstə yaratma, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə, terrorçuğa hazırlıq, odlu silahdan istifadə, kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaq, hakimiyyəti zorla ələ keçirmək, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və daha bir neçə maddə ilə ittiham irəli sürülüb.





Həmçinin oxuyun

Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qaldı – ARAŞDIRMA

Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qalıb. “Azeri Defence”nin məlumatına görə, …

Bir cavab yazın