Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Nardaran ağsaqqalı Natiq Kərimov Baş Prokurorluğa aparılıb

Nardaran ağsaqqalı Natiq Kərimov Baş Prokurorluğa aparılıb

Nardaran sakini Natiq Kərimovun saxlanılmasının səbəbləri məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N.Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.

N.Kərimovun oğlu Kamran Kərimov bildirib ki, atası həkimə gedərkən polis postunda saxlanılıb.

*   *   *12:59

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov saxlanılıb.

Bu məlumatı musavat.com-un Nardaranda olan reportyoruna kənd sakinləri veriblər.

N.Kərimov saat 12 radələrində saxlanılıb. O, şəxsi avtomobili ilə kənddən çıxarkən polis postunda saxlanılıb. N.Kərimovun hara aparılması ilə bağlı dəqiq məlumat yoxdur.

Polis postundan da məlumatı təsdiqləyiblər.

“Report” onun Sabunçu Rayon Polis İdarəsinə aparıldığını bildirir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın