Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Araşdırma / “Nar” kafesindəki kütləvi tutqu qumara görəymiş – təfsilat

“Nar” kafesindəki kütləvi tutqu qumara görəymiş – təfsilat

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun işlətdiyi kafedə 20-yə yaxın məmur oğlunun həbs olunması ilə bağlı yeni təfərrüatlar əldə olunub.

Musavat.com-a daxil olan məlumata görə, nə qədər təkzib olunsa da, belə bir hadisə doğrudan da baş verib və kafenin sahibi Aynar Məmmədovla birlikdə deyilən sayda gənc polis bölməsinə aparılıb.

Əldə etdiyimiz xəbərə görə, buna səbəb kafedə qanunsuz qumar oyunlarının təşkil edilməsidir. Həbs edilənlərin adı çəkilən kafedə qumar üstdə yaxalandığı bildirilir.

Qeyd edək ki, “Qafqazinfo.az saytı da bu barədə xəbər yazıb. İlk xəbəri isə dünən “Azadlıq.info” saytı yaymışdı.

Əlavə olaraq qeyd edək ki, həmin şəxslər hazırda Mütəşəkkil Cinayəkarlıqla Mübarizə Baş İdarəsindədirlər, ancaq onların barəsində hər hansı bir cəza tədbirinin görüləcəyi gözlənilmir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın