Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Nabranda kütləvi dava – VIDEO

Nabranda kütləvi dava – VIDEO

 Ötən gecə Xaçmazda qətl hadisəsi baş verib.

Hadisə rayonun Nabran istirahət zonasındakı “Dostluq” turizm bazasının ərazisində qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, gənclər arasında baş verən kütləvi dava qanlı sonluqla nəticələnib. Münaqişə zamanı 26 yaşlı Xaçmaz şəhər sakini Məmmədov Famil Fərhad oğlu qətlə yetirilib. Mərhumun taksi sürücüsü olduğu və bir bıçaq zərbəsi ilə qətlə yetirildiyi bildirilib.

Hadisənin şahidi Nəzir Səmədov deyir: “Uzaqdan gördüm ki, orada dava qopdu. Şillə, təpik, yumruq… Onların içərisindən dolufason bir oğlan ayrıldı, qaçıb gəldi, burada yıxıldı. Elə bildim ki, ayağı ilişib yıxıldı. Ayağa qalxdı, 10 metr sonra yenə yıxıldı. Yoldaşımı dedim ki, vallah, deyəsən, onu vurublar”.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində Biləsuvar rayon sakini Abbaslı Ramil Etibar oğlu saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. (Region TV)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın