Bazar , Oktyabr 20 2019
Ana səhifə / Araşdırma / Nəvə babasının inəklərini oğurladı – Kredit borcuna görə

Nəvə babasının inəklərini oğurladı – Kredit borcuna görə

Şəmkir sakini dostu ilə birlikdə babasına məxsus iribuynuzlu heyvanları oğurlayıb.

“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, 2 baş inəyi 200 manata satan gənclər əldə etdikləri pulla banka olan kredit borclarını ödəyiblər.

Şəmkir rayon Şiştəpə kənd sakini Zərinə Hacıyeva polisə ərizə ilə müraciət edərək atasına məxsus hər birinin dəyəri 1000 manat olan iki inəyin tövlədən oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri qısa müddətdə öz bəhrəsini verib. Polis oğurluğu törətməkdə şübhəli bilinən Əvəz Mahmudov və dostu Səfər Nağıyevi saxlayıb. Ə.Mahmudov

Gənclər oğurladıqları mal-qaranı Zəyəm qəsəbəsi ərazisindəki bazara gətirərək orada 200 manata satıblar. Əldə etdikləri pulu isə öz aralarında bölərək banka olan kredit borclarını ödəyiblər.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində cinayət işi başlanıb. İstintaq aparılır. Polis zərərçəkənlərin sayının artacağını istisna etmir.

Həmçinin oxuyun

Sentyabrda Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb

Bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 118 mənzil alıblar. Türkiyə Statistika İdarəsinin verdiyi məlumata …

Bir cavab yazın