Ana səhifə / Araşdırma / Müxalifətçinin qızına hücum etmiş şəxs İskəndər Həmidovun tərəfdarı imiş

Müxalifətçinin qızına hücum etmiş şəxs İskəndər Həmidovun tərəfdarı imiş

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına hücum etmiş Tural Qarayev keçmiş daxili işlər naziri, müxalifətçi İskəndər Həmidovun tərəfdarı imiş.

Sosial şəbəkələrdə Tural Qarayevin İskəndər Həmidovla birgə çəkdirdiyi fotoşəkillər yayılıb.

Sosial şəbəkələrdəki səhifələrində Tural Qarayev həm də özünü müxalifətçi “Müsavat”, ReAl partiyalarının və D18 hərəkatının tərəfdarı kimi təqdim edir.

Bu deyilənlərdən çıxış edərək belə nəticəyə gəlmək olar ki, Fuad Qəhrəmanlının qızına hücum hakimiyyətə qarşı ciddi şəkildə planlaşdırılmış təxribatdır və müxalifətin tərəfdarı tərəfindən törədilib.

*   *   *14:42

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızına hücum etmiş Tural Qarayev saxlanılıb.

Bu barədə jurnalistlərə DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.

Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılır.

T.Qarayevin əməllərinə hüquqi qiyməti məhkəmə verəcək.

Onunla bağlı toplanılan materialların Yasamal Rayon Məhkəməsinin göndəriləcəyi gözlənilir.

virtualaz.org

Həmçinin oxuyun

BAKI ÜRƏK MƏRKƏZİNDƏ XƏSTƏNİ NECƏ ÖLDÜRDÜLƏR? – VİDEO

47 yaşlı Babək Kərimovun xəstəxanaya ayaq üstə gəlib, əməliyyatdan sonra meyitinin xərəkdə çıxması qardaşı Zahid …