Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Müstəntiq sübutu gizlədib” – “Zaminbank”ın filial müdirinin qətl işi

“Müstəntiq sübutu gizlədib” – “Zaminbank”ın filial müdirinin qətl işi

Bakı Apelyasiya Məhkəməsində “Zaminbank”ın filial müdiri Azər Məmmədovun qətlində təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərov barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə baxış iclası keçirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İlqar Muquzovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı çıxış edərək S.Quliyev və M.Səfərovun cinayət əməllərinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib: “Xahiş edirəm, apellyasiya şikayəti təmin edilməsin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılsın”.

Zərərçəkən, mərhum Azər Məmmədovun hüquqi varisi, anası Gülsabah Əhmədovanın nümayəndəsi Samir İsayev dövlət ittihamçısının çıxışı ilə razı olduğunu bildirib.

Hakim qeyd edib ki, digər zərərçəkənlər – Ruslan Əfəndiyev və Ceyhun Nağıyev ərizə ilə müraciət edərək şilayətçi olmadıqlarını, qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını deyiblər.

M.Səfərovun vəkili Cavid Rzazadə çıxış edərək ibtidai istintaqı aparan müstəntiq Cavid Abbasovun kobud pozuntulara yol verdiyini deyib:

“Müstəntiq ittiham aktını tərtib edərkən öz xəstə təxəyyülündən istifadə edib. Azər Məmmədovun videokadrlarda görünmədiyi halda protokolda onun orada olduğunu yazıb. Məhkəmədə də bunu “mən belə qənaətə gəldim” deyə izah etdi. Bundan başqa, müstəntiq ona fləşkartda təqdim olunan videogörüntüləri 1 aydan çox özündə saxladıqdan sonra komapkt diskə köçürüb və görüntüləri tədqiq etməyə başlayıb. Həmin 1 ay ərzində müstəntiqin videoları montaj etmək, saxtalaşdırmaq üçün kifayət qədər vaxtı olub. Həmçinin, Cavid Abbasov mühüm əhəmiyyət kəsb edən sübutu gizlədib, o, fləşkartı məhkəməyə təqdim etməyib. Birinci instansiyada da məhkəmə protokolları saxtalaşdırılıb. Mövlud Səfərovun davranışlarında heç bir cinayət tərkibi yoxdur. Onun barəsində bəraət hökmü verilməsini, müstəntiq Cavid Abbasov barəsində isə xüsusi qərardad çıxarılmasını xahiş edirəm”.

S.Quliyevin vəkili Vasif İsrafilov çıxışa hazır olmadığı üçün vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 14-də davam etdiriləcək.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın