Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Müşfiq Mətədovun bıçaqlanmasında “Hafka” izi varmı?- Atışmada polis rəisi yaralandı…

Müşfiq Mətədovun bıçaqlanmasında “Hafka” izi varmı?- Atışmada polis rəisi yaralandı…

Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Muşviq Mədətova hücum edən “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.

Məlumatlı mənbələrdən virtualaz.org-a bildirilib ki, onun avtomobilini təqib edən polislərə də o atəş açıb. Xatırladaq ki, atışma samanı Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb. Cinayətin motivləri bəlli deyil.

Qeyd edək ki, “Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis oldu.

“AzPolitika.info” xatırladır ki, “Transgeyt” nəqliyyat şirkətinin sahibi “Hafka”ləqəbi ilə tanınan Hafiz Məmmədov olub. Təsadüfü deyil ki, bu hadisədə onun adı da hallanır.

Belə ki, moderator.az keçmiş polis rəisi Müşfiq Mədətova qarşı silahlı basqın edən şəxslərin biznes aləmində tanınmış bir şəxsin mühafizə dəstəsinin üzvləri olduğunu bildirib: “Yeni aldığımız məlumata görə bu şəxs “Hafka”ləqəbi ilə tanınan Hafiz Məmmədovdur və hüquq –mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində o həbs edilib. Müşfiq Mədətovla Hafiz Məmmədov arasında yaranan konfliktin səbəbləri haqqında bəzi məlumatlar əldə etsək də, hələlik müəyyən dəqiqləşdirmələr aparılır və ətraflı informasiyaya sahib olan kimi sizin diqqətinizə çatdırılacaq”.

Qeyd edək ki, Hafiz Məmmədovun həbs xəbərini digər mənbələr təsdiqləməyib.

Strateq.az isə xəbər verir ki, bu gecə Bakıda bir neçə ağır cinayətlər törədərək, qaçmağa çalışan dəstə üzvləri polisin keçirdiyi əməliyyatla saxlanılıb. əməliyyat zamanı saxlanılan 3 nəfər artıq prokurorluğa təhvil verilib.

İlkin məlumata görə, hadisəni törədənlər atəş açqdıqları şəxsin polis olduqlarını bilmədiklərini deyiblər.

Yaxın saatlarda DİN və Baş Prokurorluğun hadisəylə bağlı təfərrüatlı açıqlama verəcəyi gözlənilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun mətbuata təsdiqinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün keçirilən əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar: “Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.

***
tapanca-590x330Dünən axşam vaxtı metronun “İçərişəhər” stansiyası yaxınlığında naməlum cinayətkarın Azərbaycan prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bılçaqlaması barədə xəbər vermişdik.

Hadisənin Müşfiq Mədətov çayxanadan çıxarkən baş verdiyi bildirilirdi.

212765_res_01Onu da qeyd etmişdik ki, M.Mədətov ərizə ilə polisə müraciət edib.

Polis əməkdaşları cinayətkarların tutulmasına cəhd göstəriblər. Məlumatlı mənbələrdən virtuaz.org-a bildiriblər ki, cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar. Nəticədə Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.

“Report” xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Qədirov Elsəvər Maksim oğlu və Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə şübhəli şəxslərin olduğu “Toyota Prado” markalı avtomobili izləyib.
Qara Qarayev prospekti, “Ruslan 93″ idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə “Toyota”ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri “Vinçestr” markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə canilər polisdən qaça biliblər. O.Axundzadə yaralanıb.
Polis zabiti sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (Eksperimental Xəstəxana)-ya yerləşdirilib. Hadisə zamanı onun damarı zədələnib. İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …