Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Araşdırma / Müşfiq Atakişiyevin rüşvət “Təfəkkür”ü: ilginc detallar və şok hekayətlər

Müşfiq Atakişiyevin rüşvət “Təfəkkür”ü: ilginc detallar və şok hekayətlər

Təfəkkür universitetinin fəaliyyəti və bu ali mətkəbin rektoru Müşfiq Atakişiyevin yol verdiyi qanunsuzluqlar barədə şikayətlər bitib-tükənmir. Məsələn elə, bu günlərdə mətbuata açıqlama verən bir qrup tələbənin valideyni bu universitetdə qeydə alınan özbaşınalqlardan gileylənib.

Şikayətçilərin sözlərinə görə, universitet rəhbərliyi 42 tələbəni kəsir pullarını ödəyə bilmədikləri üçün universitetdən xaric edib:
“Qanunda tələbənin nə təhsil haqqını, nə də kəsir pulunu ödəyə bilmədiyi üçün universitetdən xaric olunması nəzərdə tutulmur”.
Qeyd edək ki, bu məsələ universitet rəhbərliyinin birinci özbaşınalığı deyil. Belə ki cumhuriyyet.az-a daxil olan məlumata görə bundan öncə də, Təfəkkür universitetində hər il tələbələr sessiyadan əvvəl , yəni imtahana buraxılmaları üçün tələb olunan minumum 17 balın əldə olunması və ya sessiya ərəfəsində imtahandan keçmələri üçün “pul dəzgahına” qaldırılırlar. Tələbə isə səsini çıxaranda “özün üçün oxuyursan” deyib, onu bürokratik süründürməçiliyə məruz qoyurlar. Bir sözlə adıçəkilən ali məktəbdə sessiya öncəsi və sessiya sonrası ciddi məbləğdə rüşvət yığılır. Əlbəttə, bu hal valideynlərin haqlı etirazına səbəb olur. Hətta valideynlər iddia edirlər ki, sessiyadan əvvəl, yəni imtahana keçid balı və sessiya ərəfəsində imtahandan keçmək üçün onlardan rüşvət alınmasa, övladlarının kəsir pullarını və təhsil haqlarını vaxtlı vaxtında ödəyə bilərlər. Lakin sessiya ərəfəsi universitetdə “pul yığımına ” başlanır ki, bu da validyenləri müflis vəziyyətə salır. Bundan başqa oda bildirilir ki, Müşfiq Atakişiyev hər il müxtəlif bəhanələrlə bir neçə tələbəni univeristetdən xaric edir və sonradan həmin tələbələrin universitetə bərpa olunması üçün onlardan 4-5 min manat rüşvət tələb edir.
Görünür, 42 tələbənin bu ali məktəbdən qovulması da yalnız həmin məqsədlərə xidmət göstərir. Təəccüb doğuran məqam isə odur ki, Təhsil Nazirliyi(TN) M.Atakişiyevin bu əməllərinə “dur” demir və ya yaxud deyə bilmir. Maraqlıdır, görəsən TN niyə susur? Niyə bu ali məktəbdəki özbaşnalıqların aradan qaldırılması yönündə tədbir görmür? Bununla bağlı cumhuriyyət.az-ın suallarını cavablandıran təhsil üzrə ekspert Nabatəli Qulamoğlu qeyd edib ki, belə hallarda vəziyyətdən çıxış yolları tapmaq TN -nin üzərinə düşür və bu qurum müəyyən yollar axtarmalıdır: “Amma bu hal total şəkildə davam edə bilməz. Sözügedən 42 nəfərlə bağlı TN -lə birgə universitet rəhbərliyi müəyyən çarə tapmalıdırlar. Hər kredit borcu və ya ödəniş borcu olan qovmaq olmaz ki.. Bu işinm bir yolu tapılmalıdır”.

Təfəkkür univeristetinin fəaliyyətinə diqqət çəkən ekpert qeyd edib ki, bu ali məktəb pul yığmaq üçün yaradılıb: “Baxın, bu univeristetina uzun müddətdir tələbə köçürmələri ilə məşğul olmasına dair çox ciddi ittihamlar səsləndirilir. Amma heç kim də bu univeristetdə yoxlama aparıb, həmin qanunsuzluqları çıxarmır. Görünür, M.Atakişiyevi qoruyan əl hakimiyyət orqalarında təmsil olunur. Bu ali məktəb haqqında tələbə köçürmələrinə dair uzun müddətədir söz-söhbətlər dolaşırsa, onun fəaliyyəti yoxlanılmalıdır. Onun akreditasiyasına yenidən baxılmalıdır. Amma TN hələlik bunu etmir. Güman edirəm ki, zaman gələcək ki, Təfəkkür universiteti öz fəaliyyətini dayandıracaq”.

Univeristetə rüşvət müqabilində yenidən bərpa məsələlərinə gəlincə, N. Qulamoğlu söyləyib ki, bu da ciddi rüşvət faktorudur: ” Köhnədən bu qayda mövcuddur ki, əgər hər hansaı bir tələbə ali məktəbəd təhsilini dvam etdirə bilmirsə, akademik borcları varsa tələbə xaric olunur. Sonradan ona meydan verilir. Sonradanq ayıdıdb bərpa oluna bilər. Bunun üçün ondan pul tələb olunmamalıdır. Amma təbii ki, Azərbaycan şəraitində pul alırlar və bu hal rüşvətsiz keçinmir. Təfəkkürdə belə halın olması universitetin passivinə yazılır”.

Sessiyadan əvvəl və sessiya ərfəsində yığılan rüşvətdən söz açan N. Qulamoğlu cumhuriyyet.az-a bildirib ki, Təfəkkür univeristeti ən çox korrpusiya bulşan ali məktıbdir: “Ancaq deyim ki, yalnız Təfəkkür deyil, Odlar Yurdu univeristeti də xirtdəyəcən korrupsiyanın içindədir. Bir daha qeyd ediərm ki, M. Atakişiyevi yüksək səviyyədə müdafiə edənlər var. Yəni hər şey ortadadır. Burada anlaşılmaz heç nə yoxdur”.

Mənbə: Cumhuriyyet.az

Həmçinin oxuyun

Yanına gələn qızlara “alt paltarı geyinməsin” deyirdi – Adnan Oktarın qorxunc əməli üzə çıxdı

Adnan Oktarın daha bir dəhşətli əməli üzə çıxıb.  Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı …

Bir cavab yazın