Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Müğənni olmaq istəyən qadın ərini bıçaqladı – Xırdalanda

Müğənni olmaq istəyən qadın ərini bıçaqladı – Xırdalanda

Xırdalanda bıçaqlanma hadisəsi baş verib.

Azinforum.az Report-a istinadən bildirir ki, hadisə Quşçuluq massivi-2 ünvanında qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü İsmayılov Sadiq İsmayıl oğlu həyat yoldaşı tərəfindən iki bıçaq xəsarəti alıb. Buna səbəb S.İsmayılovla həyat yoldaşı arasında yaranmış mübahisə olub. Zərərçəkən polisə verdiyi ifadəsində bildirib ki, onunla həyat yoldaşı arasında mübahisəyə səbəb xanımının müğənni olmaq iddiası olub. S.İsmayılov buna etiraz edib. Nəticədə tərəflər arasında dava baş verib. O, dava zamanı bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın