Cümə , Avqust 23 2019
Ana səhifə / Araşdırma / Müğənni bacıların maşınla vurduğu şəxsin ailəsi onlara nə dedi? – “Babamın ölmünü yox, sağalmağını gözləyirik”

Müğənni bacıların maşınla vurduğu şəxsin ailəsi onlara nə dedi? – “Babamın ölmünü yox, sağalmağını gözləyirik”

Sevinc-Sevil bacılarının törətdiyi qəzada ağır yaralanan Söhrab Ağayevin nəvəsi babasının son durumu ilə bağlı açıqlama verib. Hazırda xəstəxanada babasının yanında olan gənc bildirib ki, S.Ağayev reanimasiyadadır və vəziyyəti ağır-stabildir. O bildirib ki, babası ötən gecə indi olduğu özəl klinikaya kçürülüb: “Kim istəyər ki, belə bir iş olsun. Babamın ölmünü yox, sağalmağını gözləyirik. Babamın reanimasiyadan palataya köçürülməsi çox tezdir”.

S.Ağayevin nəvəsi deyib ki, müğənni bacılar xəstəxana xərcləri ilə bağlı onlara maddi yardım edirlər: “Bizim o qızlardan şikayət etmək fikrimiz yoxdur”.

**
12:39
Aprelin 5-də Bakının mərkəzində tanınmış müğənni Sevil-Sevinc bacılarından ikincisinin idarə etdiyi avtomobillə vurduğu piyada 1 saylı şəhər xəstəxanasından çıxarılaraq paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, əkiz bacılardan 1990-cı ildə anadan olmuş Bakı şəhər sakini Səfərova Sevinc Azad qızının idarə etdiyi “Dodge Durango” markalı, 90 UA 555 dövlət qeydiyyat nişanlı avtomobil ilə vurduğu və ağır xəsarət alan 1930-cu ildə anadan olmuş, Yasamal rayon sakini Ağayev Söhrab Rüstəm oğlu ambulansla Xətai rayonunda yerləşən “Mediland” klinikasına aparılıb və burada onun üçün hazırlanmış 1 nəfərlik otağa yerləşdirilib. Müğənni bacılar 87 yaşlı kişinin bütün xərclərini öz üzərlərinə götürüblər və həkimlərdən onun yaşaması üçün bütün vasitələrdən istifadə etmələrini xahiş ediblər.

Qeyd edək ki, yol qəzasında ağır xəsarət alan 87 yaşlı Söhrab Ağayev aprelin 5-də 1 saylı şəhər xəstəxanasına huşsuz vəziyyətdə gətirilib və bəlli olub ki, onun beyninin sağ yarımkürəsi tamamilə əzilib, beyninə qan sızıb. Yaralının həyatına təhlükə böyükdür.

Faktla bağlı araşdırma aparılır. Sevinc Səfərova polisə hadisə ilə bağlı izahat verib.

Azinforum.az

Həmçinin oxuyun

Fabrik, otel, zavod… – Deputat Ağalar Vəliyevin şübhəli sərvəti sərhədlərimizi aşıb + FOTOLAR

İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu …

Bir cavab yazın