Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Müğənni Aygün Bəylərin qardaşı ölüm işinə görə saxlanıldı

Müğənni Aygün Bəylərin qardaşı ölüm işinə görə saxlanıldı

Əməkdar artist Aygün Bəylərin əmisi nəvəsi Elnur Hümmətovun ölümünə görə tutulan şəxslərdən biri müğənninin qohumudur.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, tutulan şəxslərdən Abbas Hümmətov Aygün Bəylərin qardaşıdır.

Qeyd edək ki, hadisə üç il əvvəl baş verib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.
E.Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilmiş şəxslər tutulublar.
Araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın