Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Müflis olan azərbaycanlı iş adamı Ukraynaya köçüb

Müflis olan azərbaycanlı iş adamı Ukraynaya köçüb

“Xalqlar Dostluğu” ticarət yarmarkasının sahibi, “Qozbel İman” kimi tanınan naxçıvanlı iş adamı İman Quliyev Azərbaycanı tərk edib.

 

Publika.az-ın özəl mənbədən əldə etdiyi məlumata görə, iş adamı Ukraynada yeni biznes fəaliyyətinə başlayıb.

 

Hazırda onun Ukraynadakı biznesinin Azərbaycandakı biznesindən daha böyük olduğu bildirilir. İman Quliyevin bir müddət öncə bank borcları olan və vergidən yayınan iş adamlarının Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması ərəfəsində Azərbaycandan getdiyi deyilir.

 

Qeyd edək ki, bu gün mətbuatda biznesmenin müflis olduğu barədə məlumat yayılıb (http://publika.az/p/107017).

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın