Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Mübariz Mənsimovun erməni ortağı ABŞ-da həbs olundu

Mübariz Mənsimovun erməni ortağı ABŞ-da həbs olundu

Termendzhyan üçün çalışan “FBİ” cəsusu da tutuqlandı

“Palmali Holding”in idarə heyətinin üzvü Levon Termendzhyan 130 illik müddətinə niyə həbs olundu?

“Palmali Holding”in idarə heyətinin sədri Mübariz Mənsimovun başı dərddən açılmır. Bir yandan “FETÖ Terror Örgütü”nə dəstək verməklə suçlanan Mənsimovun əsas biznes ortaqlarından biri olan Levon Termendzhyan da ABŞ Federal Təhlükəsizlik İdarəsinin hazırladığı raport əhsasında həbs olunubdur.
Belə ki, Mübariz Mənsimovun biznes ortaqlarından sayılan “Noil Energy” şirkətinin sahibi Levon Termendzhyan və ABŞ-dakı “Washakie Renewable Energy” şirkətinin sahibi Jacop ve Isaiah Kingston qardaşları ilə birlikdə xüsusi şəkildə təşkilatlanmış cinayət əməllərinə görə suçlu elan ediliblər. Onlar ABŞ-ın dövlət xəzinəsinə bir milyard dollar məbləğində zərər vurmaqda təqsirli sayılırlar.
Ötən il ABŞ Federal Təhlükəsizlik İdarəsinin apardığı araşdırmalar 27 yanvar 2020-ci il tarixində öz nəticəsini vermiş oldu. Daha sonra, Salt Lake City və Utahda 7 həftə davam edən istintaq prosesində bəlli oldu ki, Termendzhyan və Kingston qardaşları ABŞ dövlətinə vergi məsələlərində külli miqdarda pul atıblar. Beləliklə də Mübariz Mənsimovun məhkəməyə çıxarılan biznes ortağı Termendzhyana 10 müxtəlif cinayət əməllərinə görə 130 il, Kingston qardaşlarına isə toplam 30 il həbs cəzası hakim tərəfindən istənildi.

Termendzhyan üçün çalışan “FBİ” cəsusu da tutuqlandı

ABŞ-ın Kaliforniya Vilayət Prokurorluğunun apardığı araşdırmalar zamanı bəlli olub ki, dövlətin Federal Təhqiqat Bürosu”nun (FBİ) 20 ildən çoxdur əməkdaşı olan Babak Brumand Mübariz Mənsimovun biznes ortağı Levon Termendzhyanla gizli əlaqələrə malikdir. Hətta Babak Brumandın Levon Termendzhyandan ayrı-ayrı vaxtlarda toplam 200 min dollar həcmində rüşvət aldığı da istintaq prosesində sübuta yetirilmişdir. Prokurorluğun bu cinayət əməli ilə bağlı hazırladığı xüsusi hesabatda bildirilir ki, 2020-ci ilin yanvar ayından təqaüdə çıxan Babak Brumand rüşvət almaqla, hökumət nümayəndəsi olmaqla bir sıra cinayətlərdə təqsirli bilinibdir. Prokurorluğun tərtib etdiyi iddanaməyə görə, San Fransisko bölgə ofisində işləməyə göndərilən və milli təhlüksizlik, gizli sirlərlə məşğul olan FBİ əməkdaşının davamlı şəkildə bir vəkil tərəfindən hədiyyə adı altında daim rüşvət alması faktları aşkar olunubdur. 2015-2017-ci illərdə bir anlaşma vasitəsilə Babak Brumandın ayda 10 min dollar rüşvət alması Kaliforniya Vilayət Prokurorluğu tərəfindən sübuta yetirilmişdir. Hətta 2016-cı ildə vəkil status adı altında bir nəfər tərəfindən düzənli şəkildə hər ay köçürülən rüşvətin toplam sayısı 200 min dollar təşkil edir. Levon Termendzyan istintaq prosesində dəfələrlə Babak Brumandla heç bir əlaqəsinin olmadığını iddia etsə də, “FBİ” tərəfindən aparılan araşdırmalar zamanı onların hər ikisinin cinayət ortağı olduqları təkzibedilməz dəlillərlə üzə çıxıbdır.

Mənsimov ermənilərlə işbirliyində olmadığını dəfələrlə “inkar” etmişdi

Türkiyədə “FETÖ Terror Örgütü” ilə işbirliyində suçlu elan edilərək tutuqlanan “Palmali Holnding”in sahibi Mübariz Mənsimov öncələr dəfələrlə erməni işadamları ilə heç bir əlaqəsinin olmadığını, ermənilərə “soyuq” münasibətdə olması barəsində bəyanatlar vermişdi: “Heç bir erməni ilə işbirliyim mümkün deyil. Onlar mənə yaxın ola bilməzlər. Erməni diasporu hansı ölkədə mövcud olmasına baxmayaraq, mənə qarşı iftiralar atırlar. Üç nəsil erməni olan şəxslərı heç bir zaman yanımda çalışması üçün imkan vermərəm. Özünü azərbaycanlı hesab edən bir şəxs əgər ermənilərlə ortaq işbirliyinə malikdirsə, o azərbaycanlı ola bilməz. Belə bir fakt mövcuddursa, o xaindir” ifadələrini dəfələrlə bəyan edib. Ancaq, ABŞ Federal Təhlükəsizlik İdarəsi tərəfindən ortaya çıxan sənədlərdə o da isbat olunur ki, Mübariz Mənsimovun Levon Termendzhyanla çox ciddi biznes əlaqələri mövcuddur.

Termendzyan ailəsi Mənsimovun yalanlarını necə ifşa etdi?

Levon Termendzhyanın oğlu Geroge Termendzhyan şahid qismində ABŞ-ın Salt Lake City Federal Məhkəməsində davam edən məhkəmə davasında “Palmali Holding”in rəhbəri Mübariz Mənsimovun atası Levon Termendzhyanla bağlı verdiyi açıqlamalara cavab verərkən bunları ifadə etmişdir: “Mübariz Mənsimov bizim ən yaxın partnyorlarımızdan biridir. 2016-cı ildə atam Levon Termendzyanın təlimatı ilə ABŞ-ın Kaliforniya ştatında “Palmali USA LLC” adında şirkət qurduq. Şirkət həm də yerli vergi idarəsində rəsmi qyediyyatdan keçdi. İndi Mübariz Mənsimov bunları inkar edir”.
Məhkəmə prosesində Geroge Termendzyan həm də əmisi ilə ortaq işbirliyində olan əlaqələrə toxunaraq, bir daha ifadə verərək özünün də çalışdığı “Palmali USA LLC” şirkətinin qurulmasında Levon Termendzyanla Mübariz Mənsimovun ortaq olması faktını canlı şahid kimi təsdiq edib.
Erməni əsilli işadamı Lev Aslan Dermenə yaxın olan mənbələrin də təsdiq etdiyi məlumatlara görə “ABŞ-da Kabotaj yükdaşıma sahəsində bu ölkədə inşa edilmiş neft və digər məhsulların daşınması tankerlərin flotuna məxsus yükdaşıma gəmiləri ilə bağlı Mübariz Mənsimovun öncədən imzaladığı bir sıra sənədlər ortaya çıxıbdır. Mübariz Mənsimov “Palmali Holding”in adından ya o gəmiləri icarəyə götürəcəkdi, ya da satın alacaqdı. Belə bir gözəgəlimli təkliflər təbii oaraq, qarşı tərəfin marağında idi. Həmin ərəfədə Levon Termendzyan Pentaqon və NATO-ya məxsus yükdaşıma məsələsi ilə bağlı “Palmali USA LLC” şirkətinin təkliflərini irəli sürmüşdü. Bu faktı isə istintaq prosesində Levon Termendzyan inkar etməyib.

“Palmali USA LLC” nədən 2016-cı ildə ABŞ-da quruldu?

ABŞ-ın Federal Təhqiqatlar Bürosu 2018-ci ilin avqust ayında dövlət xəzinəsindən bir milyard dollar vəsaitin oğurlanması faktı ilə bağlı cinayət işi açaraq gizli şəkildə istintaq proseslərinə başlamışdı. Nəticədə Federal Təhqiqatlar Bürosunun apardığı əməliyyat tədbirləri nəticəsində Levon Termendzyan və onun ABŞ_dakı biznes ortaqları Jacop ve Isaiah Kingston qardaşları həbs olundular. Onların fəaliyyətləri araşdırılarkən o da bəlli oldu ki, İstanbul mərkəzli gəmilərlə neftdaşıma sahəsində ixtisaslaşmış “Palmali Denizcilik Şirketi”nin rəhbəri Mübariz Mənsimov onlarla 27 oktyabr 2016-cı il tarixində 201630710161 saylı dövlət qeydiyyatı olan “Palmali USA LLC” şirkəti ilə neft və neft məhsullarının daşınması, bio dizel daşınması və karqo daşınması məqsədi ilə ortaq şirkət qurduqları üzə çıxıbdır. Həmin sənədlərdə o da qeyd olunur ki, Kaliforniyada neft məhsullarının daşınması məqsədi ilə vilayətin “Dövlət Katibliyi” tərəfindən 18 noyabr 2016-cı il tarixində 16- 499992 saylı qeydiyyat sənədi ilə qurulan “Palmali USA LLC” şirkətində Levon Termendzhyan bir əmrlə oğlu George Termendzhyanı direktor vəzifəsinə təyin edir. Bütün bunlar şirkətin 1234 W Cowles St, Long Beach, CA 90813 saylı qərarla qeydiyyata alınıbdır.
Hal-hazırda ABŞ-da “Palmali USA LLC” şirkətinin dövlət xəzinəsindən oğurlanan bir milyard dollar vəsaitin haralara transfer olması ilə bağlı Federal Təhqiaqatlar Bürosu “Palmali Holding”in ABŞ-la əlaqələrini araşdırmaqdadır. Mübariz Mənsimovun və onun erməni ortağı Levon Termendzyanın biznes əlaqələri həm də Türkiyədə də araşdırılmaqdadır. Belə ki, Yaxın Şərqdə Suriya, Liviya və İraqda radikal terror qruplaşmaları, xüsusilə “İŞID”la biznes əlaqələri isə, Türkiyə və ABŞ-ı ciddi şəkidə narahat edən məsələlərdən biridir. O da bəllidir ki, neftlə zəngin olan Suriya, İraq, Liviya və digər Yaxın Şərq ölkələrində dünyanı sarsıdan, regional təhlükəsizlik baxımından ciddi problemlərə səbəb olan amillərin aradan qaldırılması beynəlxalq birliyin prioritet siyasətlərindən biridir. Onu da unutmaq olmaz ki, uzun illərdir İraq, Suriya, Liviya və digər Yaxın Şərq ölkələrində “kirli biznes”, “qara bazar” və radikal silahlı qruplaşmaların maliyyə mənbələri bölgədəki erməni icmaları tərəfindən idarə olunubdur. Son 20 ildə belə bir təhlükəli sahəyə “beynəlmiləl cinayətkar qrupların” da qoşulması əslində gözdən pərdə asmaq deməkdir.

Son qərarı Türkiyə verəcək

“Palmali Holding”in rəhbəri Mübariz Mənsimovun İstanbul Baş Prokurorluğunun qərarı ilə tutuqlanması və bunun ardınca kriminal biznes şəbəkələrinin üzə çıxarması ölkədə çox ciddi proseslərin başlanğıcına səbəb ola biləcəyini yerli biznes dairələri də etiraf edirlər. Çünki, Türkiyəni daxildən sarsıdan əsas qüvvələr məhz Suriya, İraq, Liviya və digər Yaxın Şərq ölkələrindəki radikal dini qruplaşmalar hesab olunurlar. Bu qruplaşmalar artıq Türkiyəni daxildən sarsıtmaq üçün hər fürsətdə istənilən problem gündəmə gətirə bilərlər. Bütün bunlarla yanaşı, Türkiyə, Qazaxstan, Türkmənistan, Azərbaycan və “TransQafqaz” və “TransXəzər” layihələrində bu dövlətlərin iştirakı da istənilən anda təhlükə mənbəyinə çevrilə bilər. Radikal terrorizm siyasətini yürüdən qruplaşmaların maliyyə mənbələrinin qarşısının alınması isə, basilica strateji hədəf sayılır. ABŞ-ın və Türkiyənin səyləri nəticəsində bunun qarşısının alınması Yaxın Şərq, eləcə də Cənubi Qafqaz regionunda sabitliyin təminatçısına çevrilə bilər. Artıq Türkiyə bu sahədə liderlik etməyə başlayıb. Xüsusilə “FETÖ Terror Örgütü”nün gizli biznes şəbəkəsinin çökdürülüməsi günün vacib şərtlərindən biridir.

İstifadə olunan mənbə: https://haberglobal.com.tr/dunya/mubariz-mansimov-un-ermeni-ortagi-levon-termendzyan-130-yila-mahkum-oldu-42485

Youtube video: https://www.youtube.com/watch?v=CinpnP7_9LU

“ÖTÜKEN” Strateji Araşdırmalar Mərkəzi

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …