Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Mübariz Mənsimov türk iş adamını döydü — Ermənistanla əməkdaşlıq etdiyinə görə

Mübariz Mənsimov türk iş adamını döydü — Ermənistanla əməkdaşlıq etdiyinə görə

Mübariz Mənsimovun iştirak etdiyi tədbirdə dava olub.
Türkiyədə restoranların birinin açılışında iştirak edən azərbaycanlı iş adamı Mübariz Mənsimov ilə “Uludağ Limonata” şirkətinin rəhbəri Levent Kızıl arasında mübahisə düşüb.

“Ölkə.Az” saytının əldə etdiyi məlumata görə mübahisəyə səbəb Mübariz Mənsimovun türk iş adamına Ermənistanla biznes əlaqələri qurmasını irad tutması olub.

Türkiyənin məşhur spirtsiz içki markalarından biri olan “Uludağ Limonata”nın Ermənistan bazarına çıxarılmasına görə Levent Kızıla etiraz edən Mübariz Mənsimov Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini xatırladaraq bu işğal nəticəsində 1 milyon insanın doğma el-obasından didərgin düşdüyünü qeyd edib. Bu sözlərə etinasız yanaşan Levent Kızılla daha sonra Mənsimov arasında mübahisə qızışıb və davaya dönüb.
Mənsimov Kızıla stəkan atıb və ona fiziki zərbə endirərək tədbiri tərk edib.

Qeyd edək ki, Türkiyə mətbuatı hadisəni fərqli təqdim edərək guya Mübariz Mənsimovun aktrisa Nur Fəttahoğlunun həyat yoldaşı Levent Vəziroğluna stəkan atdığını yazıb. Lakin əldə etdiyimiz məluata görə Mübariz Mənsimov ilə Nur Fəttahoğlu və həyat yoldaşı Levent Vəziroğlu yaxın dostlardır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın