Ana səhifə / Araşdırma / Mübariz Mədətovun 50 minlik seyfini oğurlayanlar saxlanıldı

Mübariz Mədətovun 50 minlik seyfini oğurlayanlar saxlanıldı

Xəzər Dəniz Gəmiçiliyinin keçmiş sədr müavini Mübariz Mədətovun evindən seyf oğurlanıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 23-də Bakı şəhər sakini Mübariz Mədətova məxsus evdən içərisində 10000 ABŞ dolları və 40000 avro pul olan seyfi oğurlanıb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulublar.

Xatırladaq ki. M.Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes G Class” markalı avtomobillə Binə qəsəbəsi yaxınlığında xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu maşını vurub və ailənin iki üzvü vəfat edib. Bundan sonra M.Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın