Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Müəllim arvadını taxta parçasıyla öldürdü – VİDEO

Müəllim arvadını taxta parçasıyla öldürdü – VİDEO

Lənkəran rayonunun Səpnəkəran kəndində qətl hadisəsi baş verib.

ARB TV xəbər verir ki, kənd orta məktəbinin müəllimi, 48 yaşlı Maygül Əliyeva taxta parçası ilə baş nahiyəsindən aldığı zərbə ilə öldürülüb.

İlkin məlumatlara görə, qadını həyat yoldaşı Rüfət Əliyev öldürüb. Hadisə yerinə ilk gələn mərhumun oğlu olub. O, anasını ölmüş vəziyyətdə tapıb. Həmin vaxt atasının isə evdə olmadığını görüb. Atası ilə əlaqə yaratmağa çalışsa da mümkün olmayıb.

Ailədə tez-tez mübahisələr olduğu deyilir. Rüfət Əliyevin atası Aydın Əliyev bildirib ki, oğlu Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. Qadının meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın